Şənbə , 23 Noyabr 2024
Drone Cameras

BMT: “Ukraynada hərbi əməliyyat aclığa gətirib çıxaracaq”

Ukraynada baş verən hadisələr qlobal iqtisadiyyatda təlatümlərə səbəb olacaq, ərzaq və yanacağın qiymətlərinin artmasına səbəb olacaq. Bu, xüsusilə inkişaf etməkdə olan ölkələrə təsir edəcək.

Boyukmillet.com xəbər verir ki, bu barədə BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) Cenevrədə dərc olunmuş hesabatında deyilir.

Tədqiqatın müəllifləri diqqəti qlobal iqtisadiyyatın sürətlə pisləşən perspektivinə yönəldirlər. Belə ki, bunun əsasında ərzaq, yanacaq və gübrə qiymətlərinin artımı dayanır.

Qurumun baş katibi Rebeka Qrinspa bildirib ki, Ukraynadakı münaqişə qlobal iqtisadiyyata zərbələr vurur və bu, COVID-19 pandemiyasının yaratdığı tənəzzüldən bərpa qazanclarını təhlükə altına qoyur, dayanıqlı inkişafa gedən yolu bağlayır.

“Qida və yanacaq qiymətlərinin yüksəlməsi inkişaf etməkdə olan ölkələrdə ən həssas insanlara təsir göstərərək, gəlirlərinin ən yüksək hissəsini ərzağa xərcləyən yoxsul ailələrə təzyiq göstərərək, çətinlik və aclığa gətirib çıxaracaq”.

Check Also

İranda hicaba etiraz edərək soyunan tələbənin sərbəst buraxıldığı bildirilir

Ədliyyə rəsmisi onun ailəsinə təhvil verildiyini açıqlayıb Tehran Azad Universitetinin həyətində məcburi hicab qaydalarına etiraz …