Bazar , 11 Yanvar 2026
Drone Cameras

BMT Ukraynada mümkün nüvə müharibəsi təhlükəsi barədə xəbərdarlıq edib

“Ukraynada bir vaxtlar ağlasığmaz olan nüvə müharibəsi təhlükəsi yenidən mövcuddur”.

Boyukmillet.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu BMT Baş katibinin müavini Rameş Racasinqam deyib.

Racasinqam bir çox Ukrayna vətəndaşının qida, su və elektrik enerjisindən məhrum olduğuna da diqqət çəkib.

Bundan əvvəl Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib ki, Ukraynada baş verənlərə görə nüvə müharibəsi təhlükəsini tamamilə istisna etmək olmaz. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə deyib ki, nüvə müharibəsi təhlükəsi realdır və onun yolverilməzliyi Rusiyanın prinsipial mövqeyidir.

Check Also

Tehrandan Trampa açıq hədələmə: “İsrail və ABŞ bazaları qanuni hədəf olacaq”

İran hakimiyyəti ABŞ-a sərt xəbərdarlıq edib. Boyukmillet.com xəbər verir ki, İran parlamentinin spikeri Məhəmməd Bağır …