Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

BMT Ukraynaya humanitar yardım məqsədilə 40 milyon dollar ayıracaq

BMT ukraynalılara humanitar yardım göstərilməsi məqsədilə Mərkəzi Fövqəladə Hallara Reaksiya Fondundan əlavə olaraq 40 milyon ABŞ dolları ayıracaq.

Boyukmillet.com xəbər verir ki, bu barədə təşkilatın Baş katibi Antoniu Quterriş jurnalistlərə açıqlamasında bildirib.

“Bu gün elan edirəm ki, Birləşmiş Millətlər Təşkilatı Ukraynada əhalinin ən həssas təbəqələrinə həyati vacib yardımı artırmaq məqsədilə Mərkəzi Fövqəladə Hallara Reaksiya Fondundan əlavə 40 milyon dollar ayıracaq. Bu maliyyə ölkəyə zəruri olan qida məhsulları, su, dərman və digər həyat üçün zəruri ehtiyatları gətirməyə, eləcə də maliyyə yardımı göstərməyə kömək edəcək”, – o deyib.

Check Also

İran Hörmüz boğazından istifadə ilə bağlı beynəlxalq razılaşmalara hazır olduğunu bəyan edib

İran Asiya, ərəb ölkələri və bəzi Avropa ölkələri ilə Hörmüz boğazından istifadə barədə razılaşmaların bağlanmasına …