Şənbə , 14 Mart 2026
Drone Cameras

“BMW”ni avtobus dayanacağının içində park edən sürücü – 90-AA-346 — FOTO

Paytaxtın Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsində, “Baku-Oxford School” məktəbinin qarşısında qayda pozan sürücü görüntülənib.

Boyukmillet.com Avtosfer.az-a istinadən bildirir ki, hadisə bir neçə gün əvvəl səhər saatlarında baş verib.

Fotodan görünür ki, 90-AA-346 dövlət nömrə nişanlı “BMW” markalı avtomobilin sürücüsü avtobus dayanacağının içərisində nəqliyyat vasitəsini park edib.

Nəticədə avtobuslar dayanacaqda kənarda saxlayaraq sərnişinləri mindirib-düşürməli olublar.

Bu həm digər sürücülərin yolunu kəsib tıxacın yaranmasına səbəb olub, həm də sərnişinlərin təhlükəsizliyini riskə atıb.

Sakinlərin iddiasına əsasən, sözügedən ərazidə demək olar ki hər gün eyni mənzərə yaşanır. 

Check Also

Əkrəm İmamoğlu haqqında 2 430 il həbs istənilən iş üzrə məhkəmə başlayıb

İstanbul 40‑cı Ağır Cinayətlər Məhkəməsində İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) keçmiş sədri, prezidentliyə namizəd Əkrəm İmamoğlu …