Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

Bolqarıstan Prezidenti: “Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərimiz yalnız enerji sahəsini əhatə etmir”

“Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərimiz yalnız enerji sahəsini əhatə etmir”.

Boyukmillet.com xəbər verir ki, bunu Bolqarıstan Prezidenti Rumen Radev Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə deyib.

O, Azərbaycanla Bolqarıstan arasında enerji sahəsində də uğurlu nəticələrin müşahidə edildiyini qeyd edərək, bildirib ki, Azərbaycan qazı artıq Bolqarıstana gəlib çatıb: “Strateji tərəfdaşlıq münasibətlərimiz yalnız enerji sahəsini əhatə etmir. Ölkələrimiz arasında digər sahələrdə də uğurlu əlaqələr mövcuddur. Azərbaycan və Bolqarıstan Avropa İttifaqının enerji təhlükəsizliyi ilə bağlı strateji baxışını icra etdi”.

“Həmrəylik Halqası – STRİNG layihəsinin ölkələrimizin birgə təşəbbüsü olduğunu deyən R.Radev, həmçinin bildirib ki, SOCAR-ın Bolqarıstanda ofisinin açılması da bu sahədə uğurlu əməkdaşlığı göstərir.

O, həmçinin ölkələrimiz arasında yaşıl enerji sahəsində də əməkdaşlıq üçün yaxşı imkanların olduğunu qeyd edib.

Check Also

Trump niyə Zelenskinin aktyorluğuna eyham vurur və onu yada salır?

Çünki Zelenski ABŞ-ın öz seçimidir. Zelenski bir aktyor kimi KQB Putini özünə ram etmişdi. Putin …