Cümə axşamı , 12 Mart 2026
Drone Cameras

Borrelldən Quranın yandırılmasına reaksiya

Avropada bir çox müsəlmanı incidən son hərəkətləri nəzərə alaraq, AB dini nifrət və dözümsüzlüyün qızışdırılmasının bütün formalarına qəti şəkildə qarşı olduğunu bir daha təsdiqləyir.

Boyukmillet.com xəbər verir ki, bunu AB diplomatiyasının rəhbəri Jozep Borrell deyib.

“Müxtəlifliyə hörmət Avropa Birliyinin əsas dəyəridir. Bura digər dini icmalara hörmət də daxildir”, – o bildirib.

Borrell qeyd edib ki, müqəddəs sayılan hər bir kitab kimi Quranın təhqir olunması da açıq-aşkar təxribatdır:

“İrqçiliyin, ksenofobiyanın təzahürüdür və bunun AB-də yeri olmamalıdır. Biz din, inanc və ifadə azadlığının – həm AB daxilində, həm də xaricində – tərəfdarıyıq. Lakin qanuni olan hər şey etik deyil”.

Check Also

Tramp: ABŞ və İsrailin İrana qarşı əməliyyatı məqsədlərə çatdıqdan sonra yekunlaşacaq

Birləşmiş Ştatlar Prezidenti Donald Tramp bildirib ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı məqsədlərinə …