Cümə , 27 Mart 2026
Drone Cameras

Böyük Britaniya Azərbaycan Ordusunun zabitini təltif edib – FOTO

Azərbaycan Ordusunun zabiti Murtuz Zeynalov Böyük Britaniyanın Sandhurst Kral Hərbi Akademiyasında təhsilini fərqlənmə diplomu ilə başa vurub.

Boyukmillet.com  xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin tvitter hesabında bildirilib.

“Zabit Murtuz Zeynalov beynəlxalq kursant kimi xüsusi xidmət göstərdiyinə görə “Hodson’s Horse Award” mükafatına layiq görülüb.

Birləşmiş Krallıq mütəmadi olaraq Azərbaycanın və bölgənin Silahlı Qüvvələrinin heyətini britaniyalı həmkarları ilə birlikdə peşəkar hərbi təlimlərdə iştirak etməyə dəvət edir”, – səfirlikdən qeyd olunub.

Check Also

Əhalinin kərə yağı istehlakı azalıb

2026-cı ilin yanvar-fevral aylarında ölkədə bir sıra süd məhsullarının istehsalında azalma müşahidə olunub. Dövlət Statistika …