Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Böyük Britaniya Misirdəki səfirliyini müvəqqəti bağlayıb

Böyük Britaniyanın Qahirədəki (Misir – red.) səfirliyi Misir hakimiyyətinin diplomatik missiyanın mühafizəçilərini geri çağırması səbəbindən əsas binasının müvəqqəti bağlandığını elan edib.

Boyukmillet.com-un xəbərinə görə, bu barədə Britaniya XİN feysbuk sosial şəbəkəsində məlumat yayıb.

“Bazar günü, avqustun 31-də Misir hakimiyyəti Qahirədə Böyük Britaniya səfirliyinin əsas binasını mühafizə edən təhlükəsizlik qüvvələrini geri çəkmək qərarına gəlib. Bunun fonunda vəziyyət dəyişənə qədər səfirlik binasının bağlanması qərara alınıb”, – paylaşımda bildirilir.

Misir hakimiyyəti hadisə ilə bağlı hələlik şərh verməyib.

Check Also

Çin Hörmüzə görə İrana ÇAĞIRIŞ ETDİ

Pekin Hörmüz boğazının açıq saxlanmasını və neft, eləcə də mayeləşdirilmiş təbii qaz tədarüklərinə hücumlardan çəkinilməsini …