Cümə , 22 Noyabr 2024
Drone Cameras

BQXK I Qarabağ müharibəsində itkin düşən 316 nəfərin ailəsindən bioloji nümunə götürüb

Ötən il Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Qarabağ müharibəsi nəticəsində saxlanılan şəxslərə 94 başçəkmə həyata keçirib.

Boyukmillet.com xəbər verir ki, bu barədə BQXK-nin 2021-ci il fəaliyyəti ilə bağlı keçirilən tədbirdə bildirilib.

Qeyd olunub ki, bu başçəkmələr 25 azadlıqdan məhrumetmə yerində həyata keçirilib. Əcnəbi məhbusların vətənlərindəki ailələrinə zəng edə bilmələri üçün 1760 telefon kartı verilib. Saxlanılan erməni əsilli şəxslər üçün bilavasitə zənglər, eləcə də məktub və video ismarışların ötürülməsi təşkil edilib. Saxlanılan şəxslərə 2257 geyim əşyası, ayaqqabılar, 650 gigiyenik bağlama və 700 kitab verilib.

Bundan başqa, keçən il BQXK 90-cı illərdə münaqişə nəticəsində itkin düşmüş 316 nəfərin ailəsindən insan qalıqlarının gələcək identifikasiyalarına şərait yaratmaq məqsədilə 793 bioloji istinad nümunəsi götürüb. Həmçinin, BQXK-nın neytral vasitəçi qismində iştirakı ilə 2020-ci ildə döyüşlərin getdiyi ərazilərdə insan qalıqlarının axtarışı və götürülməsi məqsədilə 346 əməliyyat aparılıb.

Eyni zamanda 347 itkin ailəsinə psixoloji-sosial dəstək verilib, 258 itkin ailəsinə nağd pul yardımı edilib.

Check Also

Prezidentlə oğlu Ağdamın Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 19-da Ağdam rayonunun Eyvazxanbəyli kəndinin …