Boyukmillet.com xəbər verir ki, artıq Əhmədli sakinləri də “Bravo” hipermarketinin nəzdində bu gün açılışı olan restoranın xidmətlərindən istifadə edə biləcəklər.
Filialının rəmzi açılışını bildirən lenti kəsən Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral və Azərbaycan Türkyə Evinin başqanı Tənzilə Rüstəmxanlı öz xeyir-dualarını veriblər.
“Halal ləzzət dünyası” şüarına hər zaman sadiq qaldıqlarını bildirən “Büyükfırat” Qrupun prezidenti Hüseyin Büyükfırat bu restoranların Anadolu mədəniyyətinin və mətbəxinin təbliğindəki rolundan danışdı. Qeyd etdi ki, ““Büyükfırat” sadəcə, restoranlar şəbəkəsi deyil. Biz təkcə, yemək xidməti göstərmədik. Yüzlərlə insan bizim restoranlarda dönərçi, lahmacunçu olaraq, yetişdi. Onların tələbələri bu gün Azərbaycandan xaricə yayılıblar. O baxımdan “Büyükfırat” həm də bir peşə məktəbi funksiyasını oynadı”.
Açılış mərasimində Türkiyənin Azərbaycandakı ticarət müşaviri Ahmet Ataker, mətbuat müşaviri Hamit Karadeniz, təhsil müşaviri Abdulqafur Büyükfırat, din xidmətləri müşaviri Kamil Günəş, eyni zamanda ölkəmizdə fəaliyyət göstərən türk iş adamları qatılıblar.
Ardınca isə filialının açılışı ilə bağlı sakinlərə pulsuz xidmət göstərilib.