Cümə , 22 Noyabr 2024
Drone Cameras

Braziliyada daşqın qurbanlarının sayı 152-yə çatıb, 165 nəfər itkin düşüb

Braziliyanın Petropolis şəhərində (Rio-de-Janeyro ştatının dağlıq ərazisi) güclü yağışların səbəb olduğu torpaq sürüşməsi və daşqınlarda ölənlərin sayı 152 nəfərə çatıb. Onlardan 27-si azyaşlıdır.

Boyukmillet.com “Globo”ya istinadən xəbər verir ki, təbii fəlakət zamanı 165 nəfər itkin düşüb.

Xilasedicilər dağıntılar altından sağ qalan 24 nəfəri çıxara bilib. İtkin düşənlərin axtarışlarına 500 xilasedici, 200 polis, o cümlədən hərbçilər və könüllülər cəlb olunub. Onların hesablamalarına görə, faciədən dörd gün sonra sağ qalanları tapmaq şansı 7%-dən çox deyil. Şənbə günü axtarış işləri şəhəri bürüyən qatı duman və yağıntıların davam etməsi səbəbindən çətinləşib.

Fövqəladə hallar xidmətlərinə 190-a yaxın sürüşmə və 230-a yaxın kiçik insident barədə məlumat daxil olub. 80 yaşayış binasına ziyan dəyib, onlardan azı 54-ü tamamilə dağılıb. Çərşənbə axşamı altı saat ərzində 260 mm yağıntının düşdüyü (aylıq normadan çox) şəhərin hakimiyyəti matəm və fövqəladə vəziyyət elan edib.

Qeyd edək ki,fevralın 15-də Rio-de-Janeyronun dağlıq bölgəsi olan Petropolisdə yağan güclü yağışdan sonra şəhərin hündür yerlərində torpaq sürüşmələr baş verib, küçələr, parklar, bazarları su basıb, avtomobil və avtobuslar su altında qalıb.

Check Also

İranda hicaba etiraz edərək soyunan tələbənin sərbəst buraxıldığı bildirilir

Ədliyyə rəsmisi onun ailəsinə təhvil verildiyini açıqlayıb Tehran Azad Universitetinin həyətində məcburi hicab qaydalarına etiraz …