Bazar , 6 Oktyabr 2024
Drone Cameras

Brenda Şaffer: “Azərbaycan ənənəvi və bərpa olunan enerjidən istifadə sahəsində böyük uğurlar qazanacaq”

Azərbaycan innovator olmaqla həm ənənəvi enerji, həm də bərpa olunan enerji mənbələrindən istifadədə böyük uğurlar qazanacaq.

Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında Amerika Siyasi Elmlər Assosiasiyasının üzvü, professor Brenda Şaffer deyib.

“Azərbaycan həmişə yenilikçi olub və enerji məsələlərinə çox real yanaşıb. Ölkə mədən yanacaqları, neft, təbii qaz, külək və günəş enerjisi ehtiyatları ilə zəngindir. Ən yaxşı siyasət bütün mövcud enerji növlərindən istifadə etməkdir”, – o bildirib.

B.Şafferin sözlərinə görə, bərpa olunan enerji mənbələrini aktiv şəkildə inkişaf etdirən bir çox ölkələr hələ də kömürdən istifadə edirlər: “Bu, ətraf mühitin ciddi çirklənməsinə gətirib çıxarır ki, beləliklə, həmin ölkələrin bərpa olunan enerji səylərinə xələl gəlir”.

O vurğulayıb, ki Azərbaycan təbii qaz və bərpa olunan enerjinin yüksək texnologiyalı, çirklənmə və emissiya baxımından daha təmiz olan modelini təqdim edəcək: “Hesab edirəm ki, bu, dünyanın diqqət yetirməli olduğu mühüm modeldir”.

Check Also

G20 ölkələri Azərbaycanın COP Sədrliyinə dəstək ifadə edib

G20 ölkələri tərəfindən Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına (COP) Sədrliyinə və …