Cümə , 27 Mart 2026
Drone Cameras

Britaniya kəşfiyyatı: “Ukrayna Silahlı Qüvvələri uğurlu əks-hücumlar həyata keçirir”

Ukrayna Silahlı Qüvvələri uğurlu əks-hücumlar həyata keçirir. Ona görə də Rusiya qoşunları son 24 saat ərzində ciddi irəliləyiş əldə etməyiblər.

Boyukmillet.com xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatı məlumat yayıb.

“Rusiya heç bir bölgədə hava məkanına nəzarəti bərqərar edə bilmədi. Bu da onların ciddi irəliləyiş əldə etmək imkanlarını azaldır”, – məlumatda bildirilib.

Vurğulanıb ki, Mariupolda şiddətli döyüşlər davam edir: Rusiya hakimiyyəti Mariupolu nəzəratə aldıqlarını deyirlər. Amma şəhərdə şiddətli döyüşlər davam edir. Bu, Rusiyanın Donbasdakı hücumunu da ləngidir”.

Xatırladaq ki, bundan əvvəl Rusiya qoşunlarının Donetsk istiqamətində bütün təmas xətti boyunca irəlilədiyi deyilirdi.

Check Also

İran Hörmüz boğazından keçid üçün rüsumlar haqqında qanun layihəsi hazırlayır

İran parlamenti Hörmüz boğazından keçən bəzi gəmilərdən rüsumların rəsmiləşdirilməsini nəzərdə tutan qanun layihəsi üzərində işləyir. …