Şənbə , 27 Aprel 2024
Drone Cameras

Britaniyada koronavirusdan üç nəfər öldü

Böyük Britaniyada koronavirusdan üçüncü ölüm faktı qeydə alınıb.

“Report” “RİA Novosti” yə istinadən xəbər verir ki, bu barədə İngiltərənin baş həkimi Kris Vtti bildirib.

Onun sözlərinə görə, hazırda 206 nəfər yeni virusa yoluxub. O, qeyd edib ki, dünyasını dəyişənlər yaşlı insanlardır.

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 100-dən çox ölkədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …