Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Brüsseldə Almaniya və Macarıstan XİN rəhbərləri arasında mübahisə düşüb

Brüsseldə Almaniyanın xarici işlər naziri Annalena Burbok və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto arasında mübahisə baş verib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Politico” nəşrinin köşə yazarı Yakopo Barigatsi yazıb.

Dörd diplomatın sözlərinə görə, mayın 22-də nazirlər Macarıstanın “OTP” bankının Ukraynadakı münaqişədəki rolu ilə bağlı mübahisə ediblər.

Nəşr qeyd edib ki, Burbok Siyartonu Avropa İttifaqından Ukraynaya əlavə hərbi yardımı təsdiqləməkdən imtina etdiyinə görə qınayıb.

Alman diplomat Macarıstanın “OTP” bankı ilə bağlı bəzi məlumatlara istinad edərək onu beynəlxalq hüququ pozmaqda ittiham edib.

Check Also

Çin Hörmüzə görə İrana ÇAĞIRIŞ ETDİ

Pekin Hörmüz boğazının açıq saxlanmasını və neft, eləcə də mayeləşdirilmiş təbii qaz tədarüklərinə hücumlardan çəkinilməsini …