Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Bu gün Bakıda SPECA-nın 25-ci ildönümünə həsr olunan Zirvə görüşü keçiriləcək

Bu gün Bakıda BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPECA-nın 25-ci ildönümünə həsr olunan Zirvə görüşü keçiriləcək.

Boyukmillet.com xəbər verir ki, sammitdə Proqramın üzvü olan ölkələrin prezidentləri və digər yüksək səviyyəli rəsmiləri iştirak edəcəklər.

Qeyd edək ki, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı 1998-ci ildə yaradılıb. Proqrama üzv dövlətlər Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsidir.

2023-cü ildə SPECA-ya sədrliyi Azərbaycan Respublikası həyata keçirir. Bu il SPECA-ya sədrlik Azərbaycandan Tacikistana keçib. Növbəti 19-cu SPECA sammiti gələn il Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək.

Check Also

TDT Orta Dəhlizin inkişafına dəstək ifadə edib

Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçıları Bakıda keçirilən iclasın yekunu üzrə Orta Dəhliz …