Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Bu gün Milli Məclisin İntizam komissiyası Vahid Əhmədovla bağlı məsələni müzakirə edəcək

Bu gün Milli Məclisin İntizam komissiyasının iclası keçiriləcək.

Boyukmillet.com-un xəbərinə görə, toplantıda deputat Vahid Əhmədovla bağlı məsələ müzakirə olunacaq.

İclas saat 15:00-da başlayacaq.

Toplantıya V.Əhmədov da dəvət olunub.

Qeyd edək ki, onun mətbuata verdiyi müsahibədə səsləndirdiyi bir sıra fikirlər deputatların narazılığına səbəb olub. Parlamentin aprelin 25-də keçirilən iclasında V.Əhmədovun müsahibəsi müzakirə edilib. Deputatlar onu sərt tənqid ediblər. Sonda məsələyə İntizam komissiyasında baxılması barədə qərar verilib.

Check Also

Deputat sayının artmasına ehtiyac varmı?

Say artımı keyfiyyəti artıracaqmı? Hüquqşünas deyir ki, Azərbaycandakı deputatlar qanunvericilik təşəbbüsü ilə çıxış etmirlər. Halbuki, …