Cümə , 27 Mart 2026
Drone Cameras

Bu gün Minskdə MDB ölkələri Müdafiə nazirliklərinin nümayəndələri görüşəcək

Bu gün Belarusun paytaxtı Minsk şəhərində MDB ölkələrinin Müdafiə Nazirliklərinin nümayəndələrinin iclası keçiriləcək.

Boyukmillet.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyindən bildirilib.

Toplantıda qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunacaq.

İclas 2 gün davam edəcək.

Xatırladaq ki, MDB 1991-ci ildə yaradılıb. Birliyə Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan və Ermənistan daxildir.

Check Also

AQC rəhbərliyi Latviya səfirliyində oldu

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Orucun rəhbərlik etdiyi nümayəndə heyəti Latviya Respublikasının …