Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Bu gün Rusiya-Ukrayna danışıqlarının növbəti raundu baş tutacaq

Rusiya və Ukrayna arasında aparılan danışıqlar çərçivəsində yaradılmış işçi qruplar daim fəaliyyət göstərir, martın 14-də ilkin nəticələrin çıxarılması üçün Moskva və Kiyev arasında danışıqlar aparılacaq.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofis rəhbərinin müşaviri Mixail Podolyak bildirib.

“Danışıqlar videokonfrans formatında fasiləsiz davam edir. İşçi qruplar daim işləyir. Problemlərin geniş spektri daimi diqqət tələb edir. Bazar ertəsi, martın 14-də ilkin nəticələrin yekunlaşdırılması üçün danışıqlar sessiyası keçiriləcək”, – Podolyak tviterdə yazıb.

Bundan əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya və Ukrayna arasında danışıqlar martın 14-ü videoformatda davam edəcək.

Check Also

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı  əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu …