Bazar , 11 Yanvar 2026
Drone Cameras

Bu gün Ukrayna və Rusiya arasında danışıqların növbəti mərhələsi keçiriləcək

Ukrayna və Rusiyanın nümayəndə heyətləri arasında danışıqlar bu gün davam etdiriləcək.

Boyukmillet.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, tərəflər videokonfrans formatda müzakirələr aparacaqlar.

Xatırladaq ki, iki ölkə arasında danışıqların ilk üç raundu fevralın 28-də, martın 3-də və 7-də Belarus ərazisində əyani şəkildə keçirilib. İlk görüş Qomel vilayətində, sonrakı iki görüş isə Polşa ilə sərhəddə yerləşən Beloveja meşəsi ərazisində baş tutub. Sonrakı günlərdə tərəflər görüşləri videokonfrans formatında davam etdiriblər.

İki ölkənin nümayəndə heyətlərinin sonuncu görüşü martın 29-da Türkiyənin İstanbul şəhərində baş tutub.

Check Also

Prezident: Çin və Orta Asiyadan gələn yüklərin Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik

“Çin və Orta Asiya ölkələrindən gələn yüklərin də Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik. Təbii …