Bu gün, sentyabrın 1-dən etibarən Azərbaycanda büdcə təşkilatlarında çalışanların maaşlarının artırılması barədə prezident sərəncamları qüvvəyə minib. boyukmillet.com xəbər verir ki, həmin sərəncamlara əsasən, maaşlar orta hesabla 40% artırılıb. Maaş artımının tətbiq olunduğu sahələri və məbləğləri təqdim edirik:
DİN əməkdaşları – 40% ARTIM
Prezident İlham Əliyev iyunun 18-də imzaladığı sərəncamla DİN-in xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 40% artırılıb. Digər sərəncamla Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatının vəzifə maaşları da orta hesabla 40 faiz artırılıb.
DTX və XKX əməkdaşları – 40% ARTIM
Prezident İlham Əliyevin iyunun 18-də imzaladığı sərəncamla Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) və Xarici Kəşfiyyat Xidmətinin (XKX) hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 40% artırılıb. nın artırılması haqqında sərəncamları qüvvəyə minib. Həmin qurumların hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı da vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb.
MSK üzvləri – 50% ARTIM
Prezident İlham Əliyevin iyunun 18-də imzaladığı sərəncamla Mərkəzi Seçki Komissiyası üzvlərinin vəzifə maaşları sentyabrın 1-dən etibarən 50 faiz artırılıb. Sənədə əsasən, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun maaşı (2 040) 1 020 manat artırılaraq 3 060, müavininin maaşı (1 895) 950 manat artırılaraq 2 845, MSK katibləri Arifə Muxtarovanın, Mikayıl Rəhimovun maaşı (1 405) 705 manat artırılaraq 2 110, üzvlərin – Fuad Cavadovun, Şaitdin Əliyevin, Ramiz İbrahimovun, Validə Kazımovanın, Hüseyn Paşayevin İlham Məmmədovun, Nizami Nadirxanlının, Qabil Orucovun, Bəxşeyiş Əsgərovun, Tofiq Həsənovun, Almas Qəhrəmanlının, Etibar Quliyevin, İlkin Şahbazovun maaşı (1 280) 640 manat artırılaraq 1 920 manata çatdırılıb.
Hərbi qulluqçular – 40% ARTIM
Prezident İlham Əliyevin iyunun 18-də imzaladığı sərəncamla Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncamı bu gün qüvvəyə minib. Sentyabrın 1-dən qüvvəyə minən sərəncama əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb.
Müəllimlər – 40% ARTIM
Prezident İlham Əliyevin iyunun 18-də imzaladığı sərəncamlarla dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılıb.