Cümə axşamı , 9 May 2024
Drone Cameras

“Türkiyənin hərbi yönümlü QHT-ləri ilə əməkdaşlığımız yüksək səviyyədədir”

Emin Həsənli: “Səfərimiz çox uğurlu keçir”

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli Türkiyədədir. Qardaş ölkənin 30 avqust Zəfər Bayramı və Türkiyə Silahlı Qüvvələrinin yaranması günü ilə bağlı baş tutan səfər çərçivəsində E.Həsənli mühüm görüşlər keçirir.

E.Həsənli “Yeni Müsavat”a açıqlamasında görüşlərini bu cür şərh etdi: “Türkiyənin Zəfər bayramı və Silahlı Qüvvələri Günü ilə bağlı qardaş ölkədə səfərdəyəm. Səfərim çərçivəsində keçirdiyim görüşlər davam edir. Görüşlərimin davamı olaraq, Ehtiyatda olan Gizirlər Dərnəyinin sədri Həmzə Dursunla Dərnəyin mərkəzi qərargahında çox yaxşı görüşimiz oldu. Hədiyyələrimizi təqdim etdik. Azərbaycanla Türkiyə arasında hərbi yönümlü QHT-lərin əməkdaşlıqlarını müzakirə etdik. Onlar istənilən məsələdə Azərbaycanın haqq işini müdafiə etdiklərini, hətta Qarabağ savaşı başlayarsa, Azərbaycana gəlib könüllü olaraq iştirak edəcəklərini bəyan etdilər. Tez-tez Azərbaycana səfər edəcəklərini, beynəlxalq aləmdə üzv olduqları qurumlarda Dağlıq Qarabağ məsələsində ölkəmizi müdafiə edəcəklərini söylədilər. Onların Türkiyənin hər bölgəsində şöbələri var. Bu şöbələrin hər biri vasitəsilə Dağlıq Qarabağ, Xocalı faciəsi və Azərbaycanın digər milli problemləri ilə bağlı dəstək verəcəklərini qeyd etdilər. Eyni zamanda, Avropada yaşayan üzvlərinin Azərbaycan diasporaları ilə birgə fəaliyyət göstərəcəklərini bildirdilər. Daha sonra biz Türkiyə Müarib Qazilər Dərnəyində olduq. Bu dərnəklə bizim çox sıx əlaqələrimiz var. İstiqlal qaziləri tərəfindən yaradılıb. Dərnəyin Genel Başqanı Şükürü Tandoğan Ordu şəhərində 30 avqust bayram tədbirlərində olduğundan, Dərnəyin idarə heyətinin üzvüləri ilə görüşdüm. Dərnəyin Genel Başqanı Şükrü Tandoğan və idarə heyətinin üzvüləri bizim dəvətimizlə Azərbaycanda səfərdə olub. Bu dərnəkdə əsasən, Koreya və Kıbrıs qaziləri təmsil olunurlar. Türkiyə Müarib Qazilər Dərnəyi Azərbaycana daim dəstək olub. Hətta Füzulidə 2 yaşlı Zəhra ermənilər tərəfindən şəhid edilən zaman bəyanat vermişdilər. Ermənistanın bu hərəkətlərini pisləyərək, Azərbaycan torpaqlarından bir an çəkilmələri ilə bağlı fikirlərini açıq şəkildə ortaya qoymuşdular. 30 avqust Zəfər bayramı və Silahlı Qüvvələrlə bağlı tədbirlərdə iştirak etdik. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün 1925-ci ildə yaratdığı Türkiyə Hava Qurumunda olduq. Bu qurumun baş katibi Rafet Yafuz Ehtiyatda olan polkovnikdir. O, bizi çox mehribanlıqla qəbul etdi. Türkiyə Hava Qurumu barədə bizə məlumat verdi. Bu qurumun universitetində də olduq. Muzeyi gəzdik. Türkiyə hava qüvvələrinin komandalığı ilə bağlı xeyli məlumatlar əldə etdik. Bu qurum bizim təşkilatla əməkdaşlıq etməkdə maraqlı olduğunu bəyan etdi. Hər zaman Azərbaycanın yanında olacaqlarını bildirdilər. Türk pilotlarının bir çoxu bunların universitetini bitiriblər. Eyni zamanda, çox böyük maddi, texniki bazaya malikdirlər. Türkiyənin hər bir yerində onların şöbələri var. Türkiyə Hava Qüvvətlərinin bir çox təyyarələrinin təmir işlərini həyata keçirirlər. Çox ciddi, təcrübəli ekspertləri var. Təçili yardım vertolyotları və yanğın söndürən təyyarələri vardır. Yaxın Gələcəkdə Türk Hava Qurumunun Bakıda ofisinin açılmasını da biz müzakirə etdik. Onların sədri Rusiyada səfərdə idi. Gələcəkdə Türk Hava Qurumunun sədrini və baş katibini Azərbaycana səfərə dəvət etdim. Səfərimiz çox uğurlu keçir”.

Check Also

Anar Məmmədli haqqında həbs qərarı verildi

Hüquq müdafiəçisi ittihamı absurd adlandırıb Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri, insan hüquqları …