Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Bu gündən Rusiya və Belarusa məxsus yük maşınlarının Finlandiyaya girişi yasaqlanıb

Aprelin 9-dan Rusiya və Belarus dövlət nömrə nişanlı yük maşınlarının Finlandiyaya gişir qadağan edilib.

Boyukmillet.com “Yile”yə istinadən xəbər verir ki, bu barədə Finlandiya Gömrük Komitəsinin nəzarət bölməsinin başçısı Sami Rakşit məlumat verib.

Onun sözlərinə görə, Rusiya və Belarus dövlət nömrə nişanı ilə qeydiyyatdan keçən bütün kommersiya yüklü nəqliyyat vasitələri geri qaytarılacaq.

Xatırladaq ki, aprelin 8-də Avropa İttifaqı Rusiya və Belarusa qarşı beşinci sanksiyalar paketini qəbul edib. Qadağa aprelin 9-dan qüvvəyə minir.

Check Also

İran Hörmüz boğazından istifadə ilə bağlı beynəlxalq razılaşmalara hazır olduğunu bəyan edib

İran Asiya, ərəb ölkələri və bəzi Avropa ölkələri ilə Hörmüz boğazından istifadə barədə razılaşmaların bağlanmasına …