Cümə , 22 Noyabr 2024
Drone Cameras

“Bu ifritələr kimlərdir? Avropa buna necə baxir? Gürcüstanda beləmi “sabitlik” istəyirlər?”-Əli Babayev

Əli Babayev: Hələ də onlar fikirləşirlər ki, vaxtilə  hakimiyyəti döyüşsüz təhvil alıblar və indi isə hakimiyyətə “çevriliş” vasitəsilə  sahib ola bilərlər.

Əli Babayev: Mən bu vətənsiz insanları qadıncığaz adlandırıram, bunlar toyuq kimi arxada gizlənib,  qadınları “xoruz”kimi qabağa verirlər…

“Biz hər şeyi: kimin “rus” olduğunu, kimin olmadığını, bu qədər strateji obyekti ruslara kimin verdiyini, Rusiyanın əlində alətə çevrildiyini görmüşük və bilirik! Leninqori və Kodori vadisini ruslara kimlərin hədiyyə etdiyini çox yaxşı bilirik. Amerika arsenalı Senakinin batalyonundan hara getdi?… Bütün bunları ruslara kim ötürüb?    
Bu barədə Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayev “Saerto qəzeti”nə  müsahibə verib. O son zamanlar Gürcüstandakı baş verən hadisələri dəyərləndirir. Onun sözlərinə görə, regiondakı ağır vəziyyət fonunda Gürcüstan hökuməti qarşıya qoyulan çağırışların öhdəsindən layiqincə gəlir: 

– İlk öncə mənim dostum, ləyaqətli gürcü xalqının nümayəndəsi cənab Vaxtanq Xarçilavanı yad edirəm, onun ruhunun şad olmasını arzulayıram. Martın 17-si bu böyük şəxsiyyətin, istedadlı, yaradıcı və ictimai xadimin, ölkə vətənpərvərinin doğum günüdür. Onu Cənnət səltənətində bu gün münasibətilə təbrik etmək istəyirəm. Onun yolunun layiqli davamını bütün gürcü xalqına arzulayıram…

Bu gün bütün regionda geosiyasi vəziyyət ağırdır.Ukrayna-Rusiya müharibəsi, Türkiyədəki zəlzələ, Ermənistanla Azərbaycan arasında uzunmüddətli münaqişə… Bütün bunlar gərgin fon yaradır və müəyyən dərəcədə ölkəmizin stabil inkişafına da ciddi təsir göstərir. Halbuki, xarici və daxili düşmənlərin cəhdlərinə baxmayaraq, biz ölkədə əmin-amanlığı, sülhü, sabitliyi qoruyub saxlamışıq və iqtisadi nailiyyətlərimiz bir daha sübut edir ki, ölkəmizin getdiyi yol düzgün, uğurlu yoldur.

-Əli müəllim, Azərbaycanla Ermənistan arasında münaqişə illərdir davam edir. Hazırda bu iki ölkə arasında münasibərlər hansı mərhələdədir?

-Bildiyiniz kimi, iki xalq arasında münaqişə  88-cı illərdə başlayıb və o həddə çatıb ki, Gürcüstan kimi Azərbaycan da öz ərazilərinin müəyyən hissəsini itirib. Təbii ki, bunun arxasında da Rusiya dövləti dayanırdı. Abxaziya və Samaçabloda olduğu kimi Azərbaycanda da eyni faciə baş verdi. Bunun əsasında bir milyona qədər azərbaycanlı öz doğma yurdundan didərgin düşdü. O zaman dünyanın aparıcı dövlətləri belə münaqişələrə müdaxilə etməkdə maraqlı deyildilər. Əfqanıstanda, İraqda, istərsə də Suriyada və digər ərəb ölkələrində də gedən münaqişələrə heç kim o qədər də əhəmiyyət vermədi və beləcə Azərbaycan xalqı 30 il separatçı rejimin qurbanı oldu.

Günahsız insanların həlak olduğu Xocalı faciəsini qeyd etmək istəyirəm. Həmin qış gecəsində erməni vandalları qocaları, uşaqları,  qadınları amansizcasına qətl etdi.

Xocalı  Şəhəri tamamilə yerlə-yeksan edilmişdi. Bu hadisəyə bütün dünya dövlətləri münasibət bildirmədilər və susdular. Neçə illər görüşlər keçirildi, amma bu münaqişənin həllinin açarı tapılmadı…

2020-ci ilin noyabrında Azərbaycan öz ərazisində genişmiqyaslı antiterror əməliyyatı keçirdi. Separatçıların işğal etdikləri əraziləri 44 gün davam edən döyüş nəticəsində Dağlıq Qarabağ, Azərbaycan ərazisinin itirilmiş 7 hissəsini və Şuşa şəhərini tamamilə geri qaytarıldı.
Erməni separatçıları Azərbaycan ərasizisindən qovuldu və Ermənistan Rusiya ilə razılaşaraq kapitulyasiyaya imza atdı. Putin, Əliyev və Paşinyan arasında aparılan danışıqlar nəticəsində ermənilər Azərbaycanın ərazi bütövlüyünü tanıyıblar. Bu qələbədə də Azərbaycan ədalətli antiterror əməliyyatı keçirərək öz torpaqlarını geri qaytardı. 

Azərbaycanın ərazi bütövlüyü ilə bağlı çərçivə-müqavilə çərçivəsində dörd qətnamə yazılıb, lakin dünyanın müxtəlif ölkələrində geniş təmsil olunan erməni diasporunun səyləri nəticəsində sülh sazişinin icrası ləngiyir. Bu yaxınlarda erməni diasporunun yaradıcılarından biri, milyarder Vartanyan Xankəndinə gələrək dövlət naziri oldu.
Ermənilər Dağlıq Qarabağda mədən sərvətlərini 30 il ərzində talan edərək Ermənistana daşıdılar. İndi isə razılaşma çərçivəsində artıq üçüncü aydır ki, bu yollar bağlanıb və Azərbaycan resursları artıq ölkədən çıxmayacaq. Rus “sülhməramlılarının” himayəsi ilə separatçılara silah göndərilib, bu müddət ərzində üç yüksək rütbəli erməni və 2 azərbaycanlı öldürüldü. Bu olay münasibətləri bir qədər gərginləşdirsə də, ortada sülh müqaviləsi var. Münaqişənin həllinin əsas vəzifəsi regionda sülhü təmin etməkdir. Buna nail olmaq üçün Gürcüstanın indiki hökuməti erməni və Azərbaycan xalqı arasında vasitəçilik edir.

– Gürcüstan hakimiyyətinin danışıqları nəticəsində Tbilisidə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü baş tutdu, bundan sonra hadisələr necə inkişaf etdi?

– Baş nazirimizin vasitəçiliyi ilə erməni separatçı girovları Azərbaycanın Qarabağ bölgəsində minalanmış ərazi xəritəsi ilə dəyişdirildi.

Son vaxtlar isə Münhen Təhlükəsizlik Konfransında tarixdə ilk dəfə olaraq üç respublikanın: Gürcüstan, Azərbaycan və Ermənistanın rəhbərlərinin birgə görüşü keçirildi və burada Gürcüstanın sülhsevər ölkələrdən biri kimi rolunu xüsusi vurğulamaq lazımdır.

Bu gün Gürcüstanda bir çox böyük və mühüm layihələr həyata keçirilir və ən böyük investorlar Azərbaycan şirkətləridir, lakin Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalansa, ermənilər də birgə layihələrdə iştirak etmək, sülh yaratmaq və birgə istifadə etmək imkanı əldə edəcəklər. Regionun iqtisadiyyatını və mədəniyyətini gücləndirmək üçün bizim dəyərli resurslarımızı birgə mənimsəmək lazımdır.  Əsas odur ki, erməni milləti təxribatlara,separatçı qüvvələrin sözünə qulaq asmasın.

– Bir neçə gün əvvəl Gürcüstanın “Xarici təsirin şəffaflığı haqqında” qanunu parlamentin müzakirəsinə çıxarılanda müxalifətin reaksiyası sərt oldu. Bununla belə, analoji qanunun da Kanada parlamentinə müzakirəsi üçün təqdim edildiyini görürük. Demək istəyirəm ki, bu nə deməkdir, Kanada da “Rusiya qanunu”nu qəbul etməyə hazırlaşır?

– Reallıq odur ki, müxalifətin əsas qüvvəsi adlandırılan “Milli Hərəkat” 2012-ci ildə hakimiyyəti mübarizəsiz “Gürcü arzusu”na vermələri ilə hələ də barışa bilməyib. Bu günə kimi də ürəklərində bir istək var, bu hal onlara rahatlıq vermir və buna görə də ildə bir neçə dəfə müxtəlif manipulyasiyalarla “çevriliş” etməyə çalışırlar. Onların məqsəd və vəzifələri bu dəfə də bəlli idi…
Bunlar daim qana və terrora susayan insanlardır. 9 il ərzində etdikləri üçün çox darıxırlar və məqsədlərinə çatmaq üçün hər şeyi özlərinə rəva görürlər. O cümlədən rüsumsuz yüklə cinayətkar eks-prezidentin içərisinə soxularaq gizli yolla gələrək, bununla da ölkədə xaos yaratmaq istəsələr də, buna nail ola bilməyiblər və müxtəlif üsullarla manipulyasiya etməyə başlayıblar.

Təbii ki, bu qanun bir çox qeyri-hökumət təşkilatları üçün arzuolunmaz hesab olurdu, çünki onların maliyyəsi şəffaflaşacaq, heç bir şəkildə qanun pozuntusu olmayacaqdı. Onların əksəriyyəti gürcü xalqının mənafeyini qorumaq əvəzinə, dövlətə və xalqa qarşı fəaliyyət göstərmək üçün xarici dövlətlərdən böyük qrantlar alırlar.
Seçkilər zamanı hakimiyyəti tənqid edən, impiçment elan edən, hakimiyyətə qarşı hər şey edən , qeyri-hökumət təşkilatları mitinq iştirakçılarının törətdiyi barbarlığı görmədimi? Polislə necə rəftar etdilər, yeni seçilmiş ombudsmanla necə davrandılar? İnsanlarla danışmağa gələndə adama hücum etdilər… Bu işdə insan hüquqları pozulmayıbmı? Niyə heç kim ombudsmana qarşı hücuma etiraz etmədi? Niyə öz vətəndaşının mənafeyindən başqa hər şeyin “müdafiəçisi” olan “Milli Hərəkatın” peyki olan keçmiş ictimai müdafiəçi bütün bu müddət ərzində heç nə demədi!? Ombudsman Aparatında Milli Azlıqlar Şurasının təsisçilərindən biri olmuşam. Amma 2009-cu ildə mən nümayişkaranə şəkildə bu vəzifədən getdim, əslində düz addın atdım, çünki bu gün etiraz edənlərdən bir qisimi Milli Hərəkatın bir qoludu.

 Brejnev Sovet İttifaqına 30 il rəhbərlik etdiyi kimi, o adamlar da 30 ildir orada oturublar. İllərdir qrant alırlar və dövlətin mənafeyini qorumaq, vətəndaşlarının problemləri ilə məşğul olmaq əvəzinə Gürcüstan dövlətinin əleyhinə fəaliyyət göstərirlər.
Təəccüb edirəm ki, bu adamlar Rusiya və Rusiya qanunları haqqında nədən narahat olurlar?! Bu insanların heç vicdanı yoxdumu?! Onlar elə bilirlər ki, bu ölkəni saman basıb, bu  insanlar özlərini kim hesab edirlər? – Biz hər şeyi:kimin “rus” olduğunu, kim olmadığını, bu qədər strateji obyektləri ruslardan uzaqlaşdıran və Rusiyanın əlinə kimin atdığını gördük! Bendukidze kim idi, kimin adamı idi? Yaxud 2008-ci ildə Lenoqrad, Kodori vadisini ruslara kim verib?!
Var-dövlət, rusların Senakinin batalyonundan götürdüyü bu qədər Amerika arsenalı hara getdi? Bütün bunlar kimlərin əlləri ilə özgələşdirildi? Ruslara kim ötürdü? – Bu gün də ölkəmizdə sabitliyi pozan o Saakaşvili, Merabişvili, Kezeraşvili, Axalayalar.. Buna Qaribaşvili və Kobaxidze imza atmayıb ki?! Tbilisidə şənlik keçiriləndə hələ gənc gürcü oğlanlarının cəsədləri belə soyumamışdı!
Siz əclaf “Millilər”, 2008-ci ildə sərhədi necə qaçdığınızı gördük, gürcü xalqı kimin kim olduğunu yaxşı bilir! Məhz sizin sayənizdə biz uduzduq və siz bu gün də ölkədə sabitliyi pozmaq istəyirsiniz!

-Əgər xarici diplomatlar onlar üçün qəbuledilməz olan hər hansı qərara görə, bizi daim danlayırlarsa, görəsən, onların Kanada hakimiyyətinə hər hansı şikayətləri olacaqmı?

– Ölkəmizin hökumətinə ağıllı olmağı öyrədən Amerika səfiri kimdir? Biz müstəqil ölkəyik, ya yox? Əgər onlar ərazi bütövlüyümüzü, müstəqilliyimizi tanıyırlarsa, deməli, onların ağıl öyrətmələrinə ehtiyacımız yoxdur.
Səfirlərimiz heç kimə, heç yerdə heç nə öyrətmir. Biz sabit ölkədə yaşamaq, Avropaya inteqrasiya etmək istəyirik, avropalıların bizdə olan hər şeyi görüb qiymətləndirməsini istəyirik. Bir neçə gün əvvəl parlamentin qarşısında gördüyümüz belə liberalizm, LGBT-lər və narkomanlar – bizi maraqlandırmır. Deməyin ki, dövlət əmlakına bunu edən, “Molotov kokteyli” atıb polisi təhqir edən vandallar narkotikin təsiri altında olmayıblar!
Küçədə insanları güllələyən o polis deyil, küçədə noyabrın 7-də, mayın 26-da camaatı dağıdan, o ordu deyil!.. Biz nə qədər belə müsibətlərin şahidi olmuşuq. Mən onların repressiyasının qurbanıyam və özüm də illərdir mitinqlərdə milli rejimə etiraz etmişəm, amma bir şüşəni belə sındırmışıq?
Onların indi etdiklərinə bənzər bir hadisə də yadımda deyil. Bu ifritələr kimdir? Ayıb deyilmi? Avropa buna necə  baxır? Gürcüstanda beləmi “sabitlik” istəyirlər? Əclaf “milliləri” geri qaytarmaq istəyirlər?

– Vano Merabişvilinin ukraynalı jurnalistə müsahibəsi yayılıb. O, konkret “plan”dan danışır və Tbilisi Meydanını da istisna etmir. O, həmçinin qeyd edir ki, Saakaşvilinin azadlığa buraxılması onların birinci işidir, çünki “İvanişvili rejimini yarım saata başa çatdırmağa” yalnız Mişa qadirdir… Bu hərəkətlərin arxasında da Merabişvilinin dayanması məntiqlidir…

– Bir şeyi qeyd etmək istəyirəm, Ukrayna xalqına çox hörmət edirəm, amma bu adamlar Gürcüstana və  Rusiyaya qarşı mübarizə aparmağa çalışırlarsa, mən necə Zelenski hakimiyyətinə “dost” deyə bilərəm? Yaxud biz haradan bilək ki, buradan qaçan, ölkəmizdə həbs cəzası alan cinayətkarlar gedib Ukraynanın dövlət strukturunda işləyirlər. Bu gün bu adamlar Gürcüstanda sabitliyi pozmaq istəyirlər… Ukraynada müharibə başlayanda buradan onlar guya cəsur adamlar kimi getdilər: Okruaşvili, Merabişvili, Vaşadze… Mən utanıram ki, Qurucu Daviddən danışır… Bu qədər sadist cinayətkar insanlarla Ukrayna hakimiyyəti nə üçün dostluq edir? Onların yeri faşist Saakaşvilinin yanındadır. Bir çox xalqlar Gürcüstanın Ukrayna xalqı üçün etdiyi qədər iş görməyib. O qədər ukraynalı qaçqınları sığınacaqla təmin etdik,  onlara əlimizdən gələn yardımı edirik, təmənnasız xidmət göstəririk, ana dillərində təhsil almaları üçün məktəblər açmışıq… Amma onların hökuməti bunu anlamırlar, görmürlər.
Merabişvilinin nə deməsi önəmli deyil. Pis odur ki, vətənini qonşu ölkənin gözündə dönə-dönə alçaldır, əks halda Saakaşvilinin nəyi çevirəcəyini və necə “inqilabçı” olduğunu hamımız bilirik!
“Milli Hərəkat” və Mişa Saakaşvili gürcü xalqına qarşı o qədər cinayət törədiblər ki, bu gün onları, ancaq Mişanın zamanında dəbdəbəli yaşayan, məmur olan, uşaqları xaricdə oxuyan, arvadları Avropada uşaq dünyaya gətirən, başqalarının biznesini terror edən insanlar himayə edir.
…Bunlar ancaq o adamlardı, onların uşaqları və qohumlarıdır! Bu gün də nüfuzdan düşənlər gürcü xalqını, cəmiyyətini çağırırlar, balaca uşaqları küçələrə çıxarıb öz maraqları üçün istifadə edirlər, o uşaqları ki, onlar o keçmiş qanlı rejimini görməyiblər,  xatırlamırlar.
Mixail Saakaşvili də Merabişvili, Adeişvili, Axalaya və qaçan başqaları kimi cinayətkardır və bu adamlar bir daha Gürcüstan hakimiyyətinə qayıtmayacaqlar. Bizim hər cür təsir gücümüz var idi.Aİ üzvlüyünə namizəd ölkə statusu almaq üçün Ukrayna və Moldovadan yüz dəfə yaxşı vəziyyətdə idik, lakin məhz bu cinayətkarların böyük səyləri ucbatından bizi rədd etdilər.
Mən bu vətənsizləri qadıncığaz adlandırıram. Görün, özlərinə nələri rəva görürlər? Toyuq kimi arxada durub qadınları “xoruza” çevirib, onları gündəmə gətirir, dava salır, qışqırır, özləri isə kölgədə durub əylənirlər. Artıq insanların səbrinin tükəndiyini başa düşmək və taleləri ilə barışmaq vaxtıdır.
Biz böyük səs çoxluğu ilə hakimiyyətə gəldik. Bu iqtidar pis iş görmür, sadəcə Gürcüstanı gücləndirmək istəyirlər, Gürcüstanı Avropa ailəsinin üzvü edib bizi daha firavan yaşatmağa çalışırlar. Mənim əzizlərim, camaatın səbr kasasını daşırmayın!
Nona Karkaşadze

Check Also

Deputatlığa namizəd ETİRAZ ETDİ: İcra orqanları camaatı görüşlərə gəlməyə qoymur

Artıq parlament seçkilərinə sayılı günlər qalıb. Bir çox namizədlər isə avqustun 9-dan təbliğat-təşviqat kampaniyası çərçivəsində …