Çərşənbə axşamı , 9 Dekabr 2025
Drone Cameras

BU KƏNDİ DÖVLƏT QAYĞISINDAN KİM(LƏR) MƏHRUM EDİR

…Bu gözəlliyə baxın! Təbiətin #ağciyərləri…
Bu mənim ata ocağımdır! Bu mənim 20 ildən çox havasıyla, bulaqlarıyla qidanlandığım, dağlarında, yamaclarında quzu otardığım kənddir – Dağüzü kəndi…

…Bu kəndə 100-dən çox ev var (var idi). Artıq 29 evin qapısında qıfıl var!!! Ailələr şəraitsizlikdən köç edir başqa şəhərlərə, ölkələrə…

Azəriqaz İB , hələ də bu kəndin qazı yoxdur! Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi , yollar bərbad gündədir!!!
Bu kəndin az qala hər gün ev-ev boşalmasında, həyət – bacalardan uşaq səslərinin yox olmasında #günahkarlardan biriləri, bəlkə də #ən birinciləri sizsiniz!!!

…Bu ilin yeni dərs ilində bu kəndin məktəbi 1-ci sinifi də qarşılamayacaq…

…İranla sərhəd olan rayonlara, kəndlərə dövlət daha da qucaq açmalıdır…

…Yardımlıdan seçilən deputatlar, məmurlar, ziyalılar, dilə gətirin bu gözəl kəndin problemlərini…(((

Yardımlı rayonu Dağüzü kəndi,
26 iyul 2025.
Sərvər Kamranlı
Azərbaycan Yazıçılar Birliyinin,
Dünya Gənc Türk Yazarlar Birliyi İdarə Heyətinin üzvü,
Prezident təqaüdçüsü

Check Also

Azərbaycanda iş adamının milyonlarla pulunu ələ keçirənlər SAXLANILDILAR – Biri federasiya prezidenti olub

Azərbaycanda iş adamının milyonlarla pulu ələ keçirilib. Şikayət əsasında biri keçmiş idman federasiyası prezidenti olmaqla, …