Bazar , 19 May 2024
Drone Cameras

Bu lahiyə region ölkələrinin iqtisadi əlaqələrinin inkişafına təkan verəcək- Türkiyəli siyasi xadim

Bu lahiyə region ölkələrinin iqtisadi əlaqələrinin inkişafına təkan verəcək.

Bu sözləri Boyukmillet.coma açıqlamasında Türkiyə Böyük Millət Məclisində XXII çağırış İqdır millət vəkili olan Prof.Dr.Dursun Akdemir Türkiyə ilə Azərbaycan arasında çəkiləcək dəmir yolu xətti ilə bağlı düşüncələrini dilə gətirərkən deyib. Dursun Akdemir bildirib ki, o, hələ millət vəkili olanda 2005 – ci ildə iki ölkə arasında dəmir yolu xəttinin çəkilməsi ilə bağlı müvafiq dövlət qurumlarına təmsil etdiyi xalq adından müraciət edib və bu təklif o dövrdə olduqca müsbət qarşılanıb.
Sabiq millətvəkilinin sözlərinə görə iki ölkə arasında həyata keçiriləcək bu lahiyə şanlı Azərbaycan ordusunun 10 noyabr tarixində qazandığı zəfərdən sonra təkrar gündəmə gəlib və bu lahiyə bütün regionun iqtisadi əlaqələrinin inkişafında müstəsna xidmətlərə malik olacaq: “O günlərdə əlbəttə ki, bu lahiyə Türkiyə dövləti tərəfindən çox böyük təqdirlə qarşılanmışdı. Çox sevinirəm ki, həmin lahiyənin həyata keçirilməsi məhz bu günlərə nəsib imiş. Təbii ki, bu zəfər Azərbaycan Respublikasının Prezidenti, ölkənin Ali Baş Komandanı çox hörmətli İlham Əliyevin sərgilədiyi qətiyyət sayəsində qazanıldı. Bu gün Azərbaycan və Türkiyə əldə olunan bu zəfər sayəsində yeni perspektivlərə qovuşublar, sabah bu regionda, bir zamanlar mənim millət vəkili olduğum Azərbaycanla sərhəd bölgəmiz olan İqdırımızda da möhtəşəm lahiyələr həyata keçiriləcək. İqdırı Naxçıvanla birləşdirəcək dəmir yolu lahiyəsi də həmin görüləcək böyük işlərdən biridir. Sonda İqdırlılarımın, heç vaxt unutmadığım, sevgi ilə xatırladığım seçicilərimin kiçik bir xahişini də media vasitəsi ilə aidiyyatı qurumlara çatdırmaq istərdim. Seçicilərim məndən çəkiləcək dəmir yolu xətti üzərində Aralıq və Tuzluca rayonlarında da dayanacaq stansiyalarının olmasını xahiş ediblər. Düşünürəm ki, bu stansiyalar olarsa, həmin rayonlardakı əhalimiz yeni açılacaq xətdən rahatlıqla istifadə edə biləcəklər. Bu eyni zamanda həmin rayonların iqtisadi inkişafına da öz müsbət təsirini göstərəcək. Azərbaycan və Türkiyə arasında gələcəkdə daha qlobal lahiyələrin həyata keçirilməsi və hər iki ölkənin regionun lider dövlət olaraq fəaliyyətlərini davam etdirməsi ən böyük arzumuzdur”.

Check Also

ABŞ konqresmeninə rüşvət verməkdə ittiham olunan azərbaycanlının adı məlum olub

İradə Axundova 2021-ci ildə Azərbaycanda “Tərəqqi” medalı ilə təltif edilibmiş Azərbaycandan rüşvət almaqda ittiham olunan …