Cümə , 29 Mart 2024
Drone Cameras

Bu ölkədə karantin qaydalarının sərtləşdirilməsi əhalini küçələrə tökdü – Etirazçılar parlament binasını ələ keçirdi (VİDEO)

Serbiya prezidenti Aleksandr Vuçiçin dünən ölkədə koronovirus epidemiyası ilə bağlı karantin qaydalarının sərtləşdirilməsi haqda bəyanatı kütləvi iğtişaşlara səbəb olub.

Boyukmillet.com xəbər verir ki, yeni məhdudiyyətlər arasında istirahət günlərində Belqradda komendant saatının elan olunması da var.

Vuçiçin bəyanatından sonra paytaxtın mərkəzində qərardan narazı olanlar toplaşmağa başlayıb. Kortəbii etiraz nəticəsində meydana bir neçə min nəfər gəlib.

Etirazçılar küçələri bağlayaraq Vuçinin istefasını tələb edib, “Serbiya ayağa qalx!”, “Vuçiçi həbs edin” şüarları qışqırıblar.

Polis kordonunu yaran etirazçılar qapıları qırıb və parlament binasına daxil olublar. Polis insanları sıxışdıraraq, gözyaşardıcı qazı işə salıb. Etirazlar nəticəsində 43 polis, 17 etirazçı xəsarət alıb. 23 nəfər saxlanılıb. Onlar arasında parlamentə hücumun təşkilatçıları da var.

Qeyd edək ki, Serbiyada 16 min 719 nəfər koronovirusa yoluxub, 330 nəfər virusdan vəfat edib. Epidemiya iyunun sonu, iyulun əvvəli pik həddə çatıb. 

Check Also

Qırmızı dənizdəki vəziyyət Avropa-Cənubi Koreya yük daşımalarının qiymətini 40 faiz bahalaşdırıb

Qırmızı dənizdəki təhlükəsizliklə bağlı yaranmış vəziyyət Cənubi Koreyadan Avropaya və əksinə istiqamətdə dəniz yolu ilə …