Cümə , 30 Yanvar 2026
Drone Cameras

Bu sayğaclarda yeni su tarifi necə hesablanacaq?

Fevralın 1-dən içməli suyun bahalaşması barədə Tarif Şurasının qərarı smart-kart olmayan sayğaclarda günlük orta sərfiyyat hesablanmaqla tətbiq ediləcək.

Boyukmillet.com xəbər verir ki, bu barədə Azərsu ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı sosial şəbəkə üzərindən sualları cavablandırarkən qeyd edib.

O bildirib ki, əgər su sayğacına ilk baxış, məsələn, 10 yanvarda olubsa, növbəti baxış 10 fevralda həyata keçiriləcək:

“Sərfiyyat, tutaq ki, 24 kubmetrdirsə, bunun 16 kubmetri köhnə tariflə – 50 qəpikdən, 8 kubmetri isə yeni tariflə – 1 manatdan hesablanacaq”.

Qeyd edək ki, bundan öncə A.Cəbrayıllı Tarif Şurasının bəlli qərarı ilə əlaqədar hazırda smart kartlara yalnız 10 manat yükləmə etməyin mümkün olduğunu, artıq yüklənən vəsaitin isə depozit kimi abonentin balansına köçəcəyini bildirib.  /Axar.az/

Check Also

Qanlı 20 Yanvar faciəsindən 36 il ötür

Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrinin 36-cı ildönümüdür. …