Şənbə , 2 May 2026
Drone Cameras

“Bu, vandalizm aktıdır” – Deputatdan etiraz

“2016-cı ildə Belçikanın Vaterlo şəhərində ölkəmizin görkəmli şairəsi, Qarabağ xanının qızı Xurşidbanu Natəvanın şərəfinə ucaldılan abidəyə qarşı vandalizmin törədilməsi erməni vəhşiliyinin növbəti bariz nümunəsidir”. 

Boyukmillet.com bildirir ki, bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, Qarabağdakı maddi mədəniyyət abidələrimizi dağıdan ermənilər eyni hərəkətləri dünyanın müxtəlif ölkələrində davam etdirirlər. “Azərbaycan həqiqətlərinin dünyada təbliği, erməni yalanlarının ifşa olunması və vəhşiliyinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində hər birimiz səylərimizi daha da gücləndirməliyik”, – deyə Ceyhun Məmmədov bildirib.

Check Also

Poçtla göndərilən məhsullarla bağlı vacib XƏBƏRDARLIQ

Ölkəyə gətirilməsi qadağan olunan və ya xüsusi icazə əsasında idxalına yol verilən məhsulların poçt rabitəsi …