Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Bundestaq Macarıstanı Aİ Şurasına sədrlikdən məhrum etməyə çağırıb

Macarıstanın Baş naziri Viktor Orbanın Moskvaya səfərinə görə Macarıstan Aİ Şurasına sədrlikdən istefa verməlidir.

Boyukmillet.com xəbər verir ki, bunu Bundestaqın (Almaniya parlamenti) Xarici siyasət komitəsinin Sosial Demokrat Partiyasından olan sədri Mixael Rot deyib.

“Orbanın Aİ Şurasına sədrliyindən biabırçı şəkildə sui-istifadə etməsi və mandatsız Kremlə getməsi qalmaqaldır. O, Aİ-nin xarici siyasətinin əsas prinsiplərini sarsıdır. Ya Macarıstan hökuməti Aİ-dəki hazırkı roluna hörmətlə yanaşır, ya da sədrlikdən getməlidir”, – o, sosial şəbəkədə yazıb.

İyulun 5-də Kremldə Rusiya Prezidenti Vladimir Putin və Orban arasında 2,5 saatdan çox davam edən danışıqlar keçirilib.

Check Also

İran parlamentindən KƏSKİN BƏYANAT: “Hörmüz heç vaxt açılmayacaq”

İran parlamentinin sədr müavini Əli Nikzad ölkəsinin xarici siyasəti və bölgədəki hərbi gərginliklə bağlı olduqca …