Çərşənbə , 30 Oktyabr 2024
Drone Cameras

Cənubi Afrikada iğtişaşlarda ölənlərin sayı artır

Cənubi Afrika Respublikasının sabiq prezidenti Ceykob Zumanın həbsə alınması ilə bağlı bir həftədir başlayan iğtişaşlar əsnasında ölənlərin sayı 212-yə çatıb.

Boyukmillet.com  SABC News-a istinadən xəbər verir ki, bunu ölkə prezidenti yanında müvəqqəti nazir Xumbudzo Ntşaveni brifinqdə bildirib.

Onun sözlərinə görə, Qautenq əyalətində hadisələrlə əlaqədar olaraq 32 nəfər ölüb, 137 nəfər isə saxlanılıb.

“Qautenq əyalətində iğtişaşlara görə, ümumilikdə 862 nəfər saxlanılıb. KvaZulu-Natal əyalətində isə 89 nəfər həyatını itirib, ümumilikdə bu rəqəm 180-ə yüksəlib”-deyə Ntşaveni diqqətə çatdırıb.

Qeyd edilib ki, hər iki vilayədə vəziyyət artıq normallaşmağa doğru gedir.

Xatırladaq ki, 2009-2018-ci illərdə ölkə prezidenti olmuş Ceykob Zuma həmin dövrdə dövlət qurumlarındakı genuşmiqyaslı korrupsiyaya dair aparılan istintaq çərçivəsində ötən həftədən 15 aylıq həbsə alınıb.

Check Also

Özbəkistanda hakim partiya müxalifətsiz seçkilərdə rahat qələbə qazanıb

Oktyabrın 27-də Özbəkistan prezidenti Şavkat Mirziyoyevə loyal hakim partiya parlament seçkilərində asanlıqla qalib gəlib, – …