Bazar , 11 Yanvar 2026
Drone Cameras

Cənubi Koreyada Rusiya gəmisi yanıb, altı dənizçi xəsarət alıb

Cənubi Koreyanın Kamçxon (Busan) limanından 8 km məsafədə dənizdə Rusiyaya məxsus “Crystal Asia” gəmisində yanğın baş verib.

Boyukmillet.com “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Busandakı Baş Konsulluğu məlumat yayıb.

“Martın 26-da yerli vaxtla saat 07:14-də Kamçxon (Busan) limanından 8 km məsafədə dənizdə Rusiyaya məxsus “Crystal Asia” refrijerator gəmisində (heyət 23 nəfərdən ibarətdir, onlardan 22-si Rusiya vətəndaşıdır) yanğın baş verib. Busan dəniz polisinin məlumatına görə, altı rusiyalı xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağırdır”, – məlumatda bildirilib.

İlkin məlumatlara görə, yanğının səbəbi maşın şöbəsində turbinin partlaması və ya zədələnməsi ola bilər.

Gəmi Cənubi Koreyada təmirdə olub.

Check Also

Tehrandan Trampa açıq hədələmə: “İsrail və ABŞ bazaları qanuni hədəf olacaq”

İran hakimiyyəti ABŞ-a sərt xəbərdarlıq edib. Boyukmillet.com xəbər verir ki, İran parlamentinin spikeri Məhəmməd Bağır …