Şənbə , 10 Yanvar 2026
Drone Cameras

Cənubi Koreyada sərnişin təyyarəsi qəzaya uğrayıb

Xilasedicilər 179 nəfərin öldüyünü açıqlayıb

Cənubi Koreyada sərnişin təyyarəsinin qəzaya uğradığı bildirilir.

“Jeju Air” avişirkətinə məxsus Bankonq-Muan reysini yetirən təyyarə hava limanında eniş etdikdən sonra uçuş-enmə zolağından çıxaraq hasara çırpılıb.

Təyyarənin göyərtəsində 175 sərnişin (2-si tailandlı, 173-ü cənubi koreyalı) və 6 heyət üzvü olub.

Xilasedicilər 179 nəfərin öldüyünü açıqlayıb.

Qəzadan cəmi 2 nəfərin sağ çıxdığı deyilir.

Onlardan biri sərnişin, digəri isə stüardessadır. 85 nəfərin cəsədi aşkarlanıb. İtkin düşənlər isə ölmüş hesab olunur.

Bildirilib ki, təyyarənin yanmış qalıqları arasında kiminsə sağ çıxması real hesab olunmur.

Hazırda cəsədlərin müəyyən edilməsi işləri aparılır.

Check Also

Ukrayna Rusiyanı “Avropanı raketlə sınağa çəkməkdə” ittiham etdi: BMT və NATO dərhal toplanır

Ukrayna xarici işlər naziri Andrey Sibiqa Rusiya Müdafiə Nazirliyinin bəyanatına sərt reaksiya verib.Boyukmillet.com xəbər verir ki, …