Son aylarda Azərbaycanla Qərb ölkələri, xüsusilə Avropa İttifaqı arasında gərginlik artmaqdadır.
Azərbaycanın Avropa Birliyi ölkələri ilə münasibətləri kəskinləşmə siyasəti hansı səbəblərdən baş verməkdədir?
Məsələ ilə bağlı İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin İSBAM sədri, hüquq müdafiəçisi Samir Adıgozəlli mətbuata açıqlamasında aşağıdakıları qeyd edib.
” İstər ABŞ, istərsə Avropa İttifaqı ölkələri ilə ölkəmiz arasında uçurum siyasətinin köklərini Rusiyada axtarmaq lazımdır. Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını Rusiya hər vəchlə sabotaj etməyə çalışacaqdır. Cənubi qafqazda dayaqlarını itirməmək üçün həm Ermənistanı həm də Azərbaycanı Putin şantaj etməkdə.
Qərb dairələrinin sülh prosesinə təkan vermələri Rusiyanı ciddi şəkildə narahat edir.
Bu səbəbdən Azərbaycanı anti Qərb koalisiyasına çəkməkdə Rusiyanın fəallığı daha da artacaqdır. Diğər tərəfdən ABŞ və Avropa İttifaqının Azərbaycan qarşısında insan hüquqları ilə bağlı çağırışları da Azərbaycan hakimiyyətini ciddi narahat etməkdədir. Bu çağırışlara Azərbaycan tərəfinin reaksiyası təəsüf və təəccüb doğurur. Prezident İlham Əliyevin Qərbə, xüsusilə Avropa İttifaqına qarşı çıxışları Azərbaycanın maraqlarına qətiyyən cavab vermir. Fransa ilə açıq düşmənçilik münasibətinin sərgillənməsi hazırkı dövrdə ümumiyyətlə bizə gərəkli deyil.
Fransaya qarşı münasibətn də Rusiyadan qaynaqlandığı aydın hiss olunur. Azərbaycan hakimiyyəti əgər Ermənistanla münasibətləri bəhanə gətirirsə, o zaman başlıca olaraq Rusiyanı bu məsələdə günahkar saymalıdır. Görünən odur ki, İlham Əliyev Azərbaycanı demokratik dünyadan ayıraraq Rusiyanın vassalligina çevirir ” deyə İSBAM sədri bildirib.
Mirağa