Cümə , 22 Noyabr 2024
Drone Cameras

“Cərimələrin tətbiqinin kifayət qədər müsbət nəticəsi olacaq, lakin..”

Əlisahib Hüseynov: “Cərimələrlə bərabər, maarifləndirmə işlərinin aparılması da ümumi işin xeyrinə olar”

“Kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə cərimələrin Prezident İlham Əliyev tərəfindən təsdiq edilən “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda öz əksini tapmasını müsbət addım kimi dəyərləndirirəm. Bu qərar xüsusən də televiziyalarda dil normalarının pozulması hallarına diqqətin artmasına gətirib çıxaracaq”.

Boyukmillet.com xəbər verir ki, bunu açıqlamasında DADP sədri Əlisahib Hüseynov bildirib.

Partiya sədri vurğulayıb ki, bu qanuna əsasən, bundan sonra KİV-lərdə və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə ediləcək:

“Bəziləri hesab edir ki, cərimə üsulu bu məsələdə elə ciddi nəticə verməyəcək. Bunu deyənlər əsas etibarilə daha çox maarifləndirmə-təbliğat işlərinə üstünlük verən şəxslərdir. Ancaq mən belə düşünmürəm. Əlbəttə, cərimələrin məbləği məsələsində müəyyən mənada mübahisə etmək olar. Kimsə bu cərimələrin məbləğinin az və ya çox olduğunu mübahisələndirə bilər. Amma ümumən cərimələrin tətbiqinin kifayət qədər müsbət nəticəsi olacaq. Dünya təcrübəsi də bunu göstərir. Lakin cərimələrlə bərabər, maarifləndirmə işlərinin aparılması da ümumi işin xeyrinə olar”.

Check Also

Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına xəbərdarlıq edilib

Qərar “ATACAMS” raketlərinə icazədən sonra verilib Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkədə yaşayan Azərbaycan vətəndaşlarına təhlükə …