Cümə axşamı , 21 Noyabr 2024

Analitika

Milli Demokratiya Fondunun qrantları demokratiyaya xidmət edir?

Azərbaycan cəmiyyətində ABŞ-a birmənalı münasibət yoxdur. Buna səbəb müstəqilliyinin bərpasının ilk illərində, demokratik inkişaf yolunu tutan, torpaqlarını Ermənistanın işğalından azad etmək istəyən ölkəyə qarşı ABŞ Konqresi tərəfindən “Azadlığa Dəstək” Aktına qəbul edilməsi idi. 1992-ci ildə qəbul olunan “907-ci düzəliş” adlanan bu sanksiya Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayırdı. ABŞ-ın indiki prezidenti Cozef Bayden düzəlişin qəbulunda fəal rol oynayıb və onun …

Read More »

Təzminatlı mühakimə – beynəlxalq hüququn Ermənistana cəzası

Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi faktını beynəlxalq ictimaiyyət və vasitəçilər də təsdiqləyiblər. Ayrı-ayrı dövlətlərin başçılarının rəsmi Bakıya təbrik məktublarında və əməkdaşlığa dair bəyanatlarda bu məsələ də öz əksini tapır. Bundan başqa, Azərbaycan torpaqlarının işğalı ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnamə bunu bir daha təsdiqləyir. Azərbaycan tərəfi torpaqların işğaldan təmizlənməsi ilə bağlı apardığı 44 günlük əks-həmlə …

Read More »

Ermənistan ordusunun acınacaqlı aqibəti: otuz illik böyük yalan və terror

Ordu dövlətin əsaslarından biridir. Onun başlıca vəzifəsi təmsil etdiyi dövlətin ərazi bütövlüyünü qorumaqdır. Bu, bütün ordular üçün vacib prinsipdir. Deməli, ordu öz dövlətinin ərazisini və təhlükəsizliyini qorumaqla məşğul olur. Ermənistanın da ordusu var. Yanvarın 28-də onun 30 illiyi qeyd olunur. Təəssüf ki, bu ordu qurulmağa başladığı ilk gündən özünü terrorçu təşkilat kimi aparıb. Hələ Birinci Dünya müharibəsi illərində Fransa, Rusiya …

Read More »

Qarabağdakı sülhməramlılar tərəfə çevrilib – ŞƏRH

Dünyanın heç bir bölgəsində sülhməramlılar münaqişələrin həllinə yardım etməyib. Çünki bu missiyanın daşıyıcıları həm də öz ölkələrinin maraqlarını təmsil edirlər. Sülhməramlılar daha çox tərəflərdən birinin maraqlarını dəstəkləyir. Elə bu tərəfkeşlik yeni münaqişənin yaranmasına zəmin hazırlayır. Bundan başqa, bir ölkə ərazisində başqa sülhməramlı missiyanın mövcudluğu həm də həmin dövlətin hərbi mövcudluğu deməkdir. Tarix onların olduqları dövlətə ziyan vurduqlarını artıq dəfələrlə təsdiqləyib. …

Read More »

Yola saldığımız ilə enerjili baxış

2021-ci il dünyada və Azərbaycanda neft-qaz, enerji sektorunda zəngin bir il kimi yadda qaldı. Desək ki, yola saldığımız il çox enerjili keçib, yanılmarıq. Koronavirus pandemiyasının tuğyan etdiyi 2020-ci ilə nisbətən “su qiyməti”nə satılan neft bahalaşdı, qazın qiyməti isə “kəllə-çarxa” qalxdı. Dünya bütün bu növ enerji daşıyıcılarına alternativ olaraq alternativ enerji mənbələrindən özünə enerji almaq üçün daha da dərindən düşünməyə başladı. …

Read More »

Azərbaycanın Kəbəsi – Şuşa

Kəbəni ziyarət hər bir inanclı müsəlmanın ən böyük arzusudur. Bu səbəbdən insanlar müqəddəs Məkkə və Mədinə şəhərlərinə böyük sevgi, həvəslə səfər edirlər. Həmin ziyarətdən qayıdanlar səfər təəssüratından danışmaqdan yorulmur və bu ziyarətdən sevərək bəhs edirlər. Belə ovqat böyük sevgi yarada bilir. Ziyarətçilərin hissini, həyəcanını, emosiyasını yaşamaq, anlamaq üçün inamlı olub, vətənini sevmək bəs edir. “Vətəni sevmək də imandandır” buyurulub. Torpağı …

Read More »

İlham Əliyev – Qalib sərkərdənin 60 illik ömrünün ştrixləri

İnsanın həyatda uğur qazanmasında, fomalaşmasında, gələcəyində nəslin, ailənin böyük rolu var. Bu baxımdan Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev şanslı insandır. Azərbaycan liderinin ömür yolundan bəzi ştrixləri yada salsaq, bunu tam əminlik və qətiyyətlə söyləmək olar. İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 1967–1977-ci illərdə Bakı şəhərindəki 6 saylı orta məktəbdə təhsil alıb. 1977-ci ildə …

Read More »

Ermənistan ordusunda xaos hökm sürür: əsgər qətli, intiharlar, təxribat

Ordu dövlətin əsas atributlarından biri, hakimiyyətin və cəmiyyətin güzgüsüdür. Ordu bir ölkənin lakmus kağızıdır. Onun vəziyyəti ilə cəmiyyətin və hakimiyyətin halını müəyyən etmək olar. Ötən il 44 günlük müharibə zamanı aldığı zərbədən işğalçı Ermənistan ordusu hələ də təşkilatlana bilmir. Müharibə bitəndən sonra 4 müdafiə nazirinin dəyişməsi bunu bir daha sübut edir. Qeyd edək ki, müharibə zamanı Ermənistanın müdafiə naziri postunu …

Read More »

Paşinyan Putinə kələk gələ bilmədi – Moskva daha ermənilərin göz yaşına inanmır

Ölkə liderlərinin görüşü cəmiyyət üçün qaranlıq qalan məqamlara bir sıra hallarda aydınlıq gətirə bilir. Öz ölkəsinin ictimaiyyətini saxta bəyanatlarla aldatmağa səy göstərən belə liderlər zirvə görüşlərində də özlərini ifşa edirlər. Heç kimə sirr deyil ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Qərb və Rusiya arasında manevr edən siyasətçi kimi göstərməyə cəhd etsə də, onun davranışının arxasında daha çox saxtakarlıq və hiyləgərlik …

Read More »

Erməni terroru 30 il əvvəl və bu gün

Son hadisələr Ermənistanın terror mənbəyi olduğunu bir daha təsdiqlədi. Bu etnik qrup formalaşmağa başlayandan türkü özünə düşmən bilir. Onlardan siyasi meydanda alət kimi istifadə edilməsinin yaşı 200 ilə yaxındır. Ermənilər İsfahandan və başqa şəhərlərdən Azərbaycana, Cənubi Qafqaza yerləşdirildikdən sonra dünya siyasi səhnəsinin aparıcı dövlətlərinin alətinə çevrilməyə başladılar. Erməniləri öz siyasi və dövlət maraqları üçün istifadə edənlər onlara düşməni də göstərdilər. …

Read More »