Cümə axşamı , 18 Aprel 2024

Analitika

Prezident İlham Əliyevin müsahibəsi – dosta da, düşmənə də ismarışlar – ŞƏRH

Prezident İlham Əliyev ötən gün Azərbaycanın vətəndaşlarına, rəsmi Bakının dostlarına, düşmənlərinə, rəqiblərinə və bütövlükdə dünyaya bir sıra istiqamətlərdə ismarışlar verib. Onların arasında Ermənistan cəmiyyətinə, ona rəhbərlik edənlərə və havadarlarına ünvanlanan mesajlar da var. Əvvəllər olduğu kimi rəsmi İrəvan Bakı ilə normallaşma prosesi istiqamətində əməli addımlar atmaqdansa yenə mücərrəd, avantürist və spekulyativ açıqlamalar verirlər. Bu ölkənin xarici işlər naziri Ararat Mirzoyan …

Read More »

Müharibə etməyən İran-ABŞ – SSRİ-nin aqibətini təkrarlamaq növbəsi kimindir? – ŞƏRH

HƏMAS-İsrail müharibəsi 84 gündür davam edir. Bu qarşıdurmanın gözlənildiyindən və proqnozlaşdırıldığından uzun sürməsinin səbəbi nədir? İsrailin ərəb ölkələri ilə belə qarşıdurması bir qayda olaraq tez başa çatıb. Nəzərə almaq lazımdır ki, HƏMAS hərbi-siyasi birləşmədir. Bu məntiqlə İsrail dövlətinin ona qarşı antiterror əməliyyatları daha tez nəticə verə bilərdi. Bəs bu niyə baş vermir? Çünki İran hakimiyyəti qruplaşmaya yardım edir və dəstəkləyir. …

Read More »

Bakı-İrəvan birgə açıqlaması – sülhə doğru addım

“Qonşun pisdir köç qurtar” deyimi dövlətlərə şamil edilmir. Odur ki, dövlətlərin mehriban yanaşı yaşaması aksiomdur. Bu dəyişməz prinsipə qarşı çıxmaq isə müharibə, münaqişə, sonu bilinməyən müzakirələr, qarşıdurma və başqa bu kimi halların yaranmasına səbəb olur. Bunlar həm də aksiomu isbatlamaq istəyi kimi yersiz bir cəhddir. 30 ildən çox Ermənistanda bir qism qüvvələr və onların havadarları Azərbaycanla yanaşı yaşamaq üçün vacib …

Read More »

Fransanın Yaxın Şərq uğursuzluğu – diplomatlar Makronu ittiham edir – ŞƏRH

Fransa Prezidenti Emmanuel Makron və komandasının yarıtmaz, uğursuz siyasətinin nəticəsidir ki, hazırda bu ölkə əvvəlki mövqelərini, beynəlxalq nüfuzunu itirib. Afrikada keçmiş müstəmləkələrdən qovulması azmış kimi, indi də Yaxın Şərqdəki uğursuzluqları rəsmi Parisi çətin vəziyyətə salıb. Belə ki, Fransa hökumətinin oktyabrın 7-dən HƏMAS-ın İsrailə hücumu ilə başlayan müharibəyə ikili yanaşması bu ölkədə ciddi fəsadlara yol açıb. Beşinci respublikanın ən uğursuz lideri …

Read More »

Əsrə bərabər 20 il – müdrik lider, böyük strateq, qalib sərkərdə – ŞƏRH

Tarix sübut edib ki, hər bir dövlətin qurulması, onun möhkəmləndirilməsi hər şeydən əvvəl bu missiyanı yerinə yetirən liderdən asılıdır. 30 il öncə bu missiyanı Ümummilli Lider Heydər Əliyev öz üzərinə götürdü və onun xilaskarlıq missiyasını hazırda layiqli davamçısı olan Prezident İlham Əliyev həyata keçirir. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində Azərbaycan xalqının böyük əksəriyyətinin səsini qazanan İlham Əliyev bu …

Read More »

“3+3” platforması reallaşır: regionun təhlükəsizliyi təmin olunur – ŞƏRH

Azərbaycan və Türkiyənin atdığı uğurlu hərbi və diplomatik addımlar nəticəsində Cənubi Qafqazda yeni reallıqlar yaranıb. Bakı və Ankara bu gün bölgənin əsas geosiyasi aktorları kimi proseslərə yön verirlər və bu da region üçün yeni perspektivlər açır. Son dövrlərdə gündəmə gələn əsas regional məsələlərdən biri “3+3” platforması ilə bağlıdır. Qeyd edək ki, platformaya Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan və Ermənistan daxildir. …

Read More »

İrəvandan Dehliyə uzanan erməni xəyalı – Ermənistan okeana çıxış arzusundadır – ŞƏRH

İran və Hindistanla hərbi sahədə əməkdaşlığı genişləndirən Ermənistan bundan irəli gələrək xam xəyallar qurmağa başlayıb. İkitərəfli, üçtərəfli əməkdaşlıqdan ruhlanan baş nazir Nikol Paşinyan hökuməti ümid edir ki, hərbi əməkdaşlığı digər sahələrə də şamil etmək mümkündür. Soydaşlarını inandırmağa çalışır ki, avtomobillərinə əyləşib birbaşa Dehliyə kimi gedə bilərlər. Lakin hələ ki, bu layihəyə elə ermənilərin özlərindən başqa heç kim ciddi yanaşmır. Sadəcə …

Read More »

Paşinyanın Köçəryana qarşı “səlib yürüşü” – ŞƏRH

Ermənistanın baş naziri Nikol Paşinyanla keçmiş prezident Robert Köçəryan arasındakı ziddiyyətlər yeni mərhələyə qədəm qoyub. 2018-ci ildən tərəflər arasında gedən qarşıdurma deyəsən Paşinyanın qələbəsi ilə başa çatacaq. Baş nazir siyasi opponentini və rəqibini bu dəfə uzunmüddətli həbsə göndərmək niyyətindədir. Ermənistanın ikinci prezidenti və onun ailə üzvləri qanunsuz mənşəli əmlakın müsadirəsi ilə bağlı işin materialları ilə tanış olmaq və mövqelərini bildirmək …

Read More »

Rusiyanın “orbit”indən uzaqlaşan Ermənistan – Paşinyan KTMT-dən çıxma prosesini tezləşdirir – ŞƏRH

Ermənistan Qərb qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməkdədir. Sirr deyil ki, Rusiya “orbit”indən uzaqlaşmaq, ərazisindəki rus hərbi bazalarını çıxarmaq baş nazir Nikol Paşinyanın qarşısında duran prioritet məsələ olub və indi də nəyin bahasına olursa-olsun, bu tələbi reallaşdırmağa çalışır. Şübhəsiz, bu istiqamətdə ilk addım da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq qərarıdır. Baş nazir Nikol Paşinyan təşkilatı tərk etmək barədə Qərbin qoyduğu …

Read More »

Qarabağdakı erməni separatçıları qaçır – “parlament sədri” istefa verir – ŞƏRH

Qarabağdakı erməni separatçılarının tör-töküntüləri möhkəm qorxuya düşüblər və qaçmağa başlayıblar. Ermənistanın “Aysor” nəşri yazıb ki, qondarma respublikanın “parlament sədri” Artur Tovmasyan sabah istefa ərizəsi təqdim edəcək. Onun özü də bununla bağlı açıqlama yayıb. A.Tovmasyan iddia edir ki, “istefası” şəxsi qərarıdır. Amma “parlament sədri”nin bu addımı könüllü atmadığı, bunun Azərbaycanın Qarabağ iqtisadi rayonu ətrafında son aylar baş verən hadisələrlə birbaşa bağlı …

Read More »