2023-2024-cü illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının emal və qablaşdırma sahələrinin inkişaf etdirilməsi məqsədi ilə istehsal müəssisələrinin yaradılması nəzərdə tutulur. Boyukmillet.com xəbər verir ki, bu, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2023–2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planında nəzərdə tutulub. Bu məsələ ilə bağlı icraçı qurum İqtisadiyyat Nazirliyidir. Sənədə əsasən, muxtar respublikada kənd təsərrüfatı məhsullarının emalı …
Read More »İsrail Azərbaycan və Özbəkistanla buğda tədarükü ilə bağlı regional alyans yaradır
İsrail “ərzaq təhlükəsizliyini təmin etmək” üçün Azərbaycan və Özbəkistanla taxıl sazişləri imzalayıb. Boyukmillet.com xəbər verir ki, bu sazişlər Ukraynada davam edən müharibə səbəbi ilə yaranan qlobal ərzaq böhranı fonunda İsrailin bütün buğda ehtiyaclarını təmin edəcək. İsrail Azərbaycan və Özbəkistanla imzaladığı saziş buğda tədarükü üçün müsəlman ölkələri ilə ilk regional alyansın yaradılmasına yönəldilib. Saziş “uzunmüddətli”dir və İsrailin buğda mənbələrini diversifikasiya etmək …
Read More »FAO Azərbaycan ofisinin Naxçıvan bölməsinin yaradılması nəzərdə tutulur
Növbəti ildən başlayaraq FAO Azərbaycan ofisinin Naxçıvan bölməsinin yaradılması nəzərdə tutulur. Boyukmillet.com xəbər verir ki, bunu FAO-nun Azərbaycandakı ofisinin idarəetmə mütəxəssisi Namiq Məmmədov jurnalistlərə müsahibəsində deyib. O qeyd edib ki, Naxçıvan kənd təsərrüfatı məhsulları istehsalı baxımından Azərbaycanın ən cəlbedici bölgələrindən biridir: “FAO Azərbaycan ofisi olaraq da biz muxtar respublikada kənd təsərrüfatı korperativlərinin yaradılmasında, gənc və qadın fermerlərin təşəbbüslərinin dəstəklənməsində gələcəkdə …
Read More »Dövlət Taxıl Fondunda məhsulun saxlanılması müddətinə məhdudiyyət qoyulub
Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nda dəyişiklik edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, Fondda saxlanılan taxılın saxlanma müddəti taxılın məhsul ilindən etibarən 24 aydan artıq ola bilməz. Dövlət Sifarişçisi tərəfindən saxlanma müddəti başa çatmamış taxılın keyfiyyətli və təhlükəsiz …
Read More »Məcnun Məmmədov: “Kənd təsərrüfatında rəqəmsal texnologiyalardan istifadə ediləcək”
“Məqsədimiz kənd təsərrüfatının iqtisadiyyata qatqısını artırmaqdır və bunun üçün rəqəmsal texnologiyalardan istifadə ediləcək”. Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib. “Fermerlərin və ümumilikdə regionların inkişafına nail olmaq üçün komandamızla əlimizdən gəldiyi qədəri ilə bu yolda çalışacağıq”, – deyə o qeyd edib. “Bir neçə gün bundan əvvəl elmi tədqiqat institutlarında oldum. Əsas tapşırığım o oldu …
Read More »Yeni kənd təsərrüfatı naziri kollektivə təqdim olunub
Prezident İlham Əliyevin bu gün kənd təsərrüfatı naziri vəzifəsinə təyin etdiyi Məcnun Məmmədov bir qədər əvvəl kollektivə təqdim olunub. Boyukmillet.com xəbər verir ki, təqdimatı dövlət başçısının köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov edib. O, yeni nazirə işində uğurlar arzulayıb.
Read More »Torpaq Məcəlləsi dəyişib
Prezident İlham Əliyev Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, yenilənmiş Məcəlləyə əsasən, bundan sonra dövlət və bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə (istifadəyə) verilməsi ilə əlaqədar müvafiq məlumatlar (torpaq üzərində qeydiyyata alınmış hüquqlar, hüquqların yüklülüyü (məhdudlaşdırılması), hüquq sahibləri, icarə və ya istifadə barədə əqdlərin tərəfləri, əqdin müddəti və məqsədi) daşınmaz əmlakın dövlət reyestrindən …
Read More »FAO Azərbaycanda torpaqların deqradasiyasının neytrallığı ilə bağlı layihəyə başlayır
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanda torpaqların deqradasiyasının neytrallığı ilə bağlı həyata keçirəcəyi layihəyə bu ilin II rübündə başlayacaq və bu məsələdə hökumətə dəstək göstərəcək. Boyukmillet.com xəbər verir ki, bunu “2021-2025-ci illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədi”nin (UNSDCF) icrası üzrə Birgə İstiqamətləndirici Komitənin iclasında FAO-nun Azərbaycandakı nümayəndəsinin köməkçisi Bariz Mehdiyev deyib. “Növbəti ildəki prioritetlərə gəlincə, …
Read More »Ukrayna Azərbaycana süd məhsullarının ixracını artırıb
Ukrayna Azərbaycana süd məhsullarının ixracını artırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Ukrayna Aqrar Biznes Klubu” Assosiasiyası məlumat yayıb. 2023-cü ilin fevral ayında 3,8 milyon dollar məbləğində 786 min ton ixrac edilib. Ötən ay ən çox Ukrayna pendiri idxal edən ölkələr Qazaxıstan (59,8%), Moldova (19,7%), İordaniya (5,3%), Azərbaycan (4,7%) olub. Qeyd edilir ki, Ukrayna ümumilikdə süd məhsullarının ixracını iki dəfə …
Read More »İnam Kərimovun vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Kənd təsərrüfatı naziri İnam Kərimovun sabah Şamaxıda keçirilməsi planlaşdırılan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Boyukmillet.com xəbər verir ki, qəbul martın 29-da, saat 09:00-da Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında təşkil olunacaq. Qəbulda Şamaxı və Qobustan rayonlarından olan vətəndaşlar iştirak edə bilər. Qəbula yazılmaq üçün DAİM-ə (050-351-38-44) müraciət etmək, Nazirliyin “Çağrı Mərkəzi”nə (1652) zəng etməklə qeydiyyatdan keçmək olar. Qəbula gələn …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
