“Azərbaycanda ərzaq təhlükəsizliyinin daha yaxşı təmin olunması istiqamətində davamlı addımlar atılır. Aqrar sahəyə dövlət dəstəyi mexanizmi təkmilləşdirilir, kənd təsərrüfatı məhsullarının istehsal göstəriciləri yüksəlir”. Boyukmillet.com xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov Bakıda ilk dəfə keçirilən Bitki Sağlamlığı Forumunda çıxışı zamanı deyib. Nazir bildirib ki, bitki sağlamlığı iqlim dəyişikliyi, qlobal istiləşmə kimi çağırışlar fonunda bütün dünyanın diqqət mərkəzində olan …
Read More »Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Qarabağa səfər edəcək
Azərbaycanda səfərdə olan Türkiyənin Kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçi sabah işğaldan azad edilmiş ərazilərə səfər edəcək. Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında nazir özü bildirib. “Qarabağı ziyarət Azərbaycana səfərimizin zirvə nöqtəsi olacaq. Mən ilk dəfə ziyarət etmiş olacağam. Həm Türkiyə vətəndaşı, həm də Kənd təsərrüfatı və meşəçilik naziri olaraq çox həyəcanlıyam. 30 il işğal altında qalan torpaqlara …
Read More »Azərbaycan “Qarabağ” brendi ilə balın Avropaya ixracına hazırlaşır
Azərbaycan balının, eyni zamanda, azad edilmiş ərazilərdə istehsal edilmiş balın “Qarabağ” brendi adı altında Avropa İttifaqı ölkələrinə ixracı gözlənilir. Bunu “Report”a Azərbaycan Arıçılar Assosiasiyasının İdarə Heyətinin sədri Bədrəddin Həsrətov deyib. Onun sözlərinə görə, Avropa İttifaqı ölkələrinə arıçılıq məhsullarının ixracı üçün xüsusi icazələrin alınması tələb olunur: “Hazırda biz heyvan mənşəli qidaların ixracını həyata keçirə bilmirik. Qida Təhlükəsizliyi Agentliyi bu istiqamətdə çalışır, Aİ …
Read More »İnam Kərimov Qusarda vətəndaşları qəbul edəcək
Kənd təsərrüfatı naziri İnam Kərimov mayin 14-də, saat 09:00-da Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Qusar və Quba rayonlarından olan vətəndaşları qəbul edəcək. Boyukmillet.com xəbər verir ki, qəbulda iştirak etmək istəyənlər Qusar DAİM-ə (telefon (050) 235-77-67) müraciət edə bilərlər. Qəbula yazılmaq üçün, həmçinin nazirliyin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) və elektron poçt ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar. Qəbula …
Read More »Bu il Kəlbəcər yaylaqlarına 20 mindən çox arı ailəsi köçürüləcək
Bu il Kəlbəcər yaylaqlarına 20 mindən artıq arı ailəsinin köçürülməsi planlaşdırılır. Kəlbəcər rayonu üzrə 28 mindən çox arı ailəsi Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçib. Bu barədə “Report” Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir. Bu arı ailələrinin əksəriyyəti Kəlbəcər yaylaqlarına köçürüləcək. Artıq 500-dən çox fermer arıçılıq təsərrüfatlarını yaylaqlara aparmaq üçün Kənd Təsərrüfatı Nazirliyinin elektron portalında qeydiyyatdan keçib. Qeydiyyat prosesi aprelin 30-da başa çatacaq. Azad …
Read More »İsrail Azərbaycanda aqrar sahənin su təminatı ilə bağlı 30 illik plan hazırlayır
İsrailin Milli Su Qurumu – “Mekorot” şirkəti “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC ilə ilk işgüzar saziş imzalayıb. Boyukmillet.com-un İsrail mətbuatına istinadən verdiyi məlumatına görə, bu saziş Azərbaycanın kənd təsərrüfatı üçün su qurumuna nəzarət və məsləhət xidmətlərinin göstərilməsini nəzərdə tutur. Bildirilir ki, tərəflər arasında əldə edilmiş sazişdə nəzərdə tutulur ki, “Mekorot” gələcəkdə müqaviləni genişləndirmək imkanı ilə Azərbaycan üçün kənd təsərrüfatının …
Read More »Nazir müavini: “Ərzaqlıq buğda istehsalının artırılmasına dair iş aparılır”
Azərbaycanda ərzaqlıq buğda istehsalının həcminin artırılması ilə bağlı aidiyyəti dövlət qurumları ilə birlikdə iş aparılır. Boyukmillet.com xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bildirilir. “Əlavə istehsal imkanları nəzərdən keçirilir. Təkliflər konkretləşdikdə hökumətə təqdim ediləcək”, – deyə o, qeyd edib. Nazir müavini Rusiyanın bu ilin iyul ayına qədər buğda ixracına qadağa qoymasına, Qazaxıstanın isə məhdudiyyət tətbiq etməsinə və …
Read More »