Bazar , 6 Aprel 2025

Biznes

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında əsasnamə hazırlanacaq

Nazirlər Kabineti “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanunun 5.3-cü maddəsinə uyğun olaraq, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında əsasnamə layihəsini üç ay müddətində hazırlayıb Prezident İlham Əliyevə təqdim etməlidir. Boyukmillet.com xəbər verir ki, bu, dövlət başçısının bu gün imzaladığı “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” 2 dekabr 2022-ci il tarixli qanunun tətbiqi və “Kiçik …

Read More »

Azad edilmiş ərazilərdə təhsil fəaliyyəti üçün avadanlıq, cihaz və qurğuların idxalına güzəşt tətbiq olunub

Azad edilmiş ərazilərdə təhsil fəaliyyəti üçün avadanlıq, cihaz və qurğuların idxalına güzəşt tətbiq olunub Boyukmillet.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Gömrük tarifi haqqında” qanuna dəyişikliyi təsdiqləməsi ilə mümkün olub. Dəyişikliyə əsasən, Nazirlər Kabinetinin təsdiqlədiyi siyahı əsasında avadanlıq, cihaz, qurğu və təhsil fəaliyyəti məqsədilə digər vasitələrin Elm və Təhsil Nazirliyinin təsdiqedici sənədi əsasında dövlət ümumi təhsil müəssisələri tərəfindən idxalı …

Read More »

Şahin Bağırov Goranboyda vətəndaşları qəbul edib

Bu gün Dövlət Gömrük Komitəsi (DGK) sədrinin I müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov Goranboy şəhərində vətəndaşları qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə DGK məlumat yayıb. Məlumata görə, Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Goranboy, Xocalı rayonları və Naftalan şəhər sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul, idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri …

Read More »

Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır

Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların müddətinin 2024-cü il yanvarın 1-nə qədər uzadılması nəzərdə tutulur. Boyukmillet.com xəbər verir ki, bu, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb. Hazırkı qanuna əsasən sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti 2023-cü il yanvarın 1-də bitib. Dəyişiklik qəbul edilsə yaxın 1 ildə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə …

Read More »

Şahin Bağırov Goranboyda vətəndaşları qəbul edəcək

Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov yanvarın 26-da saat 11:00-da Goranboy, Xocalı rayonlarından və Naftalan şəhərindən olan vətəndaşları qəbul edəcək. Vətəndaşların qəbulu Goranboy şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Goranboy şəhəri, Dədə Qorqud küç., 27) keçiriləcək. Bildirilib ki, qəbul zamanı gömrük məsələləri ilə bağlı müraciətlər dinləniləcək. Qəbulda iştirak etmək istəyən vətəndaşlar “195” Çağrı …

Read More »

Azərbaycanda ötən il vergi ödəyicilərinə 1 milyona yaxın xidmət göstərilib

Vergi ödəyicilərinə xidmət mərkəzlərində 2022-ci il ərzində ümumilikdə 481 032 şəxs qəbul edilib və onlara 910 986 sayda xidmət göstərilib. Boyukmillet.com xəbər verir ki, göstərilən xidmətlərdən 241 mindən çoxu şifahi (vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması), 214 mindən çoxu isə elektron xidmətlər (bəyannamələrin və hesabatların, habelə müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) olub. Ötən il …

Read More »

Nazir: “İZİA-nın 30 sahibkarlıq subyektinə rezident statusu verilib”

“İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) (@economiczones) yaradılmasından 2 il keçir. Bu dövrdə Agentliyin idarəçiliyində olan sənaye zonalarında 30 sahibkarlıq subyektinə rezident statusu verilib”. Boyukmillet.com xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tviter hesabında yazıb. “Bu rezidentlər tərəfindən təxminən 5,2 mlrd. avrolıq məhsul istehsal edilib və bunun 1,9 mlrd. avro dəyərində olan hissəsi ixrac edilib”, – nazir qeyd edib.

Read More »

Bakının daşınmaz əmlak bazarında qiymətlər necə dəyişib?

Ötən ilin dekabr ayında Bakının daşınmaz əmlak bazarında qiymətlər noyabr ayına nisbətən 0,49 %, illik müqayisədə isə 10,83 % artıb. Bu barədə “Report”a daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov bildirib. İlkin və təkrar mənzil bazarı Onun sözlərinə görə, ötən ilin dekabr ayında paytaxtda təkrar mənzillərin qiyməti (1 kvadrat metrə görə dəyişən struktur ilə orta qiymət) 0,69 %, il ərzində isə 11,79 % artıb: “Təkrar mənzil bazarında yeni tikililərdə …

Read More »

Davosda Dünya İqtisadi Forumunun rəsmi açılışı olub

İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunun (WEF) 53-cü iclasının rəsmi açılış mərasimi olub. Boyukmillet.com  xəbər verir ki, tədbir forumun saytında yayımlanıb. Açılışda forumun təsisçisi Klaus Şvab çıxış edərək, tədbirin bütün maraqlı tərəfləri bir araya gətirən platforma kimi əhəmiyyətini vurğulayıb. “Düşünürəm ki, qlobal cəmiyyətin bütün maraqlı tərəflərini: hökumətləri, biznesi, vətəndaş cəmiyyəti, gənc nəsli cəlb edən platformanın olması zəruridir”, – Şvab bildirib. …

Read More »

KOBİA Azərbaycan startaplarının xarici bazarlara çıxışına dəstək olacaq

Azərbaycanın bir sıra startaplarının xarici bazarlara çıxışı nəzərdə tutulub. Bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin müşaviri Zaur Qardaşov deyib. Z. Qardaşov qeyd edib ki, həm proqram təminatı sahəsinə aid olan, həm də digər sahələrdə olan startapların xarici bazarlara çıxışında ciddi dəstəyə ehtiyac var: “Vətəndaş ideya ilə gələrək, məhsulunu reallaşdıra bilər. İdeyanın son mərhələsi, təbii ki, …

Read More »