Azərbaycan və Rusiya arasında KOB-ların hüquqlarının müdafiəsi sahəsində yeni mexanizmlərinin tətbiqi imkanlarını müzakirə edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov özünün “Twitter” hesabında yazıb. Müzakirələr O. Məmmədovun Rusiya Federasiyasının Prezidenti yanında Sahibkarların Hüquqlarının Müdafiəsi üzrə Müvəkkil Boris Titovla Bakıda keçirilən görüşdə aparılıb.
Read More »“Baku Steel Company” Avropa bazarlarında fəaliyyətini genişləndirir
İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Polşa İnvestisiya və Ticarət Agentliyinin təşkilatçılığı ilə ötən gün İqtisadiyyat Nazirliyinə məxsus “Bakı Biznes Mərkəzi” MMC-də Azərbaycan-Polşa Biznes Forumu keçirilib. Tədbirin açılışında AZPROMO-nun rəhbəri Yusif Abdullayev, Polşa İnvestisiya və Ticarət Agentliyinin İdarə Heyətinin üzvü Zdzislav Sokal, Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova, Polşanın Azərbaycandakı səfiri Rafal Poborski, Azərbaycanın Mərkəzi Avropa ölkələrindəki ticarət nümayəndəsi Nemət …
Read More »Bakıda Polşa-Azərbaycan biznes forumu keçiriləcək
Sabah Bakıda Polşa-Azərbaycan biznes forumu keçiriləcək. Boyukmillet.com Polşa səfirliyinə istinadən xəbər verir ki, forum Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə birgə təşkil olunacaq. Forum iki ölkə arasında biznes sahəsində əməkdaşlığın dərinləşməsinə xidmət edəcək. Xatırladaq ki, daha əvvəl Polşanın Azərbaycandakı səfiri Rafal Poborski bu il oktyabrın sonunda Bakıda iqtisadi əməkdaşlıq üzrə ikitərəfli komissiyanın iclasının keçirilməsinin nəzərdə tutulduğunu bildirmişdi.
Read More »Hindistan Azərbaycana döşəmə plitələrinin tədarükünü artırmaq niyyətindədir
Azərbaycan və Hindistan sahibkarları döşəmə plitələrinin tədarükü sahəsində əməkdaşlığın gücləndirilməsi yollarını müzakirə ediblər. Boyukmillet.com xəbər verir ki, dörd şirkətdən ibarət Hindistanın işgüzar nümayəndə heyətinin və iri Azərbaycan şirkətlərinin, eləcə də AZPROMO da daxil olmaqla, biznesə dəstək təşkilatlarının 15-ə yaxın nümayəndəsinin iştirakı ilə Hindistan-Azərbaycan əməkdaşlığına dair B2B formatında görüş təşkil edilib. Hindistanın Bakıdakı müvəqqəti işlər vəkili Vinay Kumar Hindistanın dünyada ikinci …
Read More »Azərbaycan-İran Dövlət Komissiyasının növbəti iclasının vaxtı məlum olub
Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 16-cı iclasının gələn ilin əvvəlində Tehranda keçirilməsi planlaşdırılır. Boyukmillet.com xəbər verir ki, Komissiyanın 15-ci iclası bu ilin martında Bakıda keçirilib. İclasın yekununda iki ölkə arasında bir sıra sənədlər, o cümlədən İran ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan MR arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında anlaşma memorandumu imzalanıb. …
Read More »“Dünya xəzinələri – Azərbaycan” adlı filmin premyerası olub
Heydər Əliyev Fondu və BP şirkəti Azərbaycanın qədim və zəngin tarixini və mədəniyyətini təbliğ edən yeni bir filmi ictimaiyyətə təqdim edib. Boyukmillet.com xəbər verir ki, Heydər Əliyev Fondu və BP-nin birgə dəstəyi ilə ərsəyə gəlmiş “Dünya xəzinələri – Azərbaycan” adlı filmin premyerası Heydər Əliyev Mərkəzində təxminən 1 000 nəfərlik auditoriyanın iştirakı ilə baş tutub. Film Bakı, Şuşa, Qobustan və Şəkinin ecazkar və …
Read More »Dövlət Xidməti vətəndaşları çəkidə aldadan çörək satıcısına qarşı tədbir görüb
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə “Bizim Market” MMC-nin satdığı, “Bakery” MMC-nin istehsalı olan çörəyin faktiki çəkisinin etiketdə göstərilən çəkidən az olması barədə daxil olmuş vətəndaş müraciəti araşdırılıb. Boyukmillet.com xəbər verir ki, araşdırma nəticəsində istehlakçının çəkidə aldadıldığı müəyyən edilib. “Bizim Market” barədə inzibati xəta haqqında protokol tərtib edilib. Protokol və iş üzrə toplanmış materiallar hüquqi qiymət …
Read More »Rusiya vətəndaşlarının axını Azərbaycanda daşınmaz əmlakı bahalaşdıracaq? – Ekspert rəyi
Rusiya vətəndaşlarının Azərbaycana axın etməsi ölkəmizin daşınmaz əmlak bazarında qiymətlərin artmasına səbəb olacaq. Bu barədə “Report”a açıqlamasında “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” (AQC) İctimai Birliyinin sədri, iqtisadçı ekspert Vüqar Oruc deyib. V.Oruc eyni halın bu ilin əvvəllərində də yaşandığını diqqətə çatdırıb: “Bir müddət əvvəl Rusiya-Ukrana müharibəsi başlayan zaman Ukraynadan Azərbaycana çox sayda gələn olmuşdu. Bunlar Azərbaycan əsilli biznes adamları, eyni zamanda Ukraynanın münaqişədən maksimum …
Read More »Bakıda Suveren Fondların Beynəlxalq Forumunun 14-cü görüşü keçiriləcək
Gələn ay Bakıda Suveren Fondların Beynəlxalq Forumunun (SFBF) 14-cü görüşü keçiriləcək. Artıq görüşlə bağlı hazırlıqlara başlanılıb. SFBF Suveren Fondların Beynəlxalq İşçi Qrupunun 5-6 aprel 2009-cu il tarixində Küveytin paytaxtı Əl-Küveytdə keçirilmiş iclasında yaradılıb və ilk rəsmi yığıncağını həmin il oktyabrın 8-9-da Bakıda keçirib. SFBF könüllü qrup olub, əsas məqsədi Suveren Fondların ümumi maraqlarına dair məsələlər ətrafında fikir mübadiləsi aparmaq, Santyaqo …
Read More »Sahib Məmmədov: “Türkdilli dövlətlərin ticarət potensialını 500 milyard dollar səviyyəsində görürük”
“Zəngəzur dəhlizi Türk Dövlətləri Təşkilatı çərçivəsində ticarətin artırılması üçün böyük potensiala malikdir”. Boyukmillet.com xəbər verir ki, bunu Şuşada keçirilən, Qarabağın bərpasına və inkişafına həsr olunmuş Türk Biznes Forumunda iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib. “Azərbaycan Türk Dövlətləri Təşkilatına üzv ölkələrin ticarət-iqtisadi əlaqələrinin inkişafına böyük töhfə verib.Türk dövlətləri arasında əməkdaşlığın əsas prinsipi ticarət-iqtisadi sahədə əməkdaşlıqdır. Bu gün türkdilli ölkələrin illik ticarət …
Read More »