Çərşənbə , 10 Dekabr 2025

Biznes

Türk Dünyası Dəyərləmə Uzmanları Birliyi təsis olunur – Vüqar Oruc və Yaşar Bahçeci razılığa gəldilər (FOTOLAR)

Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Orucla Türkiyə Dəyərləmə Uzmanları Birliyinin başqanı Yaşar Bahçeci arasında görüş keçirilib. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəaliyyəti barədə türkiyəli həmkarına məlumat verən Vüqar Oruc bildirib ki, təmsil etdiyi qurum Azərbaycanın ticari assosiativ struktura malik ilk kollektiv ictimai birliklərindən biridir və 1999-cu ildən fəaliyyət göstərir. Bu ilin may ayında keçirilən konfransdan sonra cəmiyyətin …

Read More »

2025-ci ilə qədər illik qeyri-neft ixracı 5 milyard dollara çatdırılacaq

Azərbaycan 2025-ci ilə qədər qeyri-neft məhsullarının ixracının illik dəyərini 5 milyard ABŞ dollarına çatdırmağı planlaşdırır. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayev bildirib. “Qeyri-neft ixracı üçün 15 hədəf bazarımız var. Biz beynəlxalq sərgi və yarmarkalarda iştirak edirik, vahid ölkə sistemi ilə təmsil olunuruq və yerli istehsala aid qeyri-neft məhsullarını “Made in Azerbaijan” brendi …

Read More »

Bakıda 500 mindən çox sənədsiz evin olmasının səbəbi nədir?

Ölkəmizdə sənədsiz evlərlə bağlı problemlər zaman-zaman gündəmə gəlir. Bu problem gah məhkəmə predmeti, gah da mətbuatın hədəfi olsa da, son nəticəsi hər dəfə təxminən eyni olur. Bildirilir ki, məsələ tezliklə köklü şəkildə öz həllini tapacaq. Boyukmillet.com xəbər verir ki, Bakıda 500 mindən çox “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi Şəxsdən çıxarışı olmayan fərdi həyət evləri var: “Belə evlərin olmasına səbəb …

Read More »

Çin Azərbaycanla Azad Ticarət Sazişinə qoşulmasının üstünlüklərini açıqlayıb

Azərbaycan Çinlə Azad Ticarət Sazişinə qoşularsa, bunun ikitərəfli ticarətə, eləcə də investisiya əməkdaşlığına əhəmiyyətli təkan verəcək. Boyukmillet.com xəbər verir ki, bunu Bakıda keçirilən “Ticarət və İxracat Forumu”nda (TEF-2022) Çinin Azərbaycandakı səfirliyinin iqtisadi-ticari məsələlər üzrə müşaviri Ma Çi deyib. O bildirib ki, bundan əlavə, bu ildən Çin CAREC (Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı) çərçivəsində üzv ölkələrin müvafiq qurumları üçün elektron …

Read More »

Azərbaycanda helikopter 1 milyon manata özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda “Airbus Helicopters EC-135P2” markalı helikopter ilkin start qiymətinə – 1 milyon manata özəlləşdirilib. Boyukmillet.com xəbər verir ki, buraxılış tarixi 2009-cu il olan helikopterin uçuş müddəti 90 saatdır. Bundan başqa, hərracda “Yevlax Tikinti Servis” SC-nin 30,12%-lik səhm paketi və 29 nəqliyyat vasitəsi özəlləşdirilib. Hərracda nəqliyyat vasitələrinə maraq böyük olub və avtomobillər …

Read More »

Milyarder Bezosdan bədbin proqnoz: “Ən pisə hazırlaşın”

“Amazon”un qurucusu milyarder Ceff Bezos ABŞ-da tənəzzülün yaxınlaşdığı barədə xəbərdarlıq edib və qlobal iqtisadiyyatda tənəzzül baş verəcəyi təqdirdə bəşəriyyətə nağd pul yığmağı tövsiyə edib. Boyukmillet.com xəbər verir ki, bu barədə milyarder CNN telekanalının efirində bildirib. “İqtisadiyyat hazırda yaxşı görünmür. Bunu özünüz də görə bilərsiniz – iqtisadiyyatın bir çox sahələrində ixtisarlar baş verir” – deyə, o bildirib. Bezos iqtisadi vəziyyətin pisləşməsi …

Read More »

Samirə Musayeva: “Qarabağda sahibkarların hamısı vergi təşviqindən yararlanacaq”

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərində uçota alınan real vergi subyektlərinin hamısı vergi təşviqlərindən yararlanacaq”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib. Onun sözlərinə görə, Qarabağdakı sahibkarlar gələn il yanvarın 1-dən 10 il müddətində hüquqi şəxs olduqda mənfəət vergisi, fiziki …

Read More »

Səhiyyə sahəsində dövlət-özəl tərəfdaşlığına dair memorandum müzakirə edilib

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Türkiyənin “CCN Şirkətlər Qrupu” arasında imzalanmış səhiyyə infrastrukturunun inkişafı və səhiyyə xidmətlərinin təşkili sahəsində dövlət-özəl tərəfdaşlığına dair memorandumla bağlı müzakirələr aparılıb. Boyukmillet.com xəbər verir ki, bunu KOBİA-nın sədri Orxan Məmmədov tviterdə bildirib. Onun sözlərinə görə, müzakirələr Azərbaycan-Türkiyə iş forumu çərçivəsində baş tutub.

Read More »

Azərbaycanda “Reklam haqqında” qanunun dəyişdirilməsi təklif olunur

Audiovizial Şura “Reklam haqqında” qanunun dəyişdirilməsi ilə bağlı bir sıra təkliflər hazırlayıb. Boyukmillet.com xəbər verir ki, bunu Şuranın aparat rəhbəri Fazil Novruzov Bakıda “Audivizual mühitdə reklam fəaliyyəti” mövzusunda keçirilən seminarda bildirib. “Təkliflərdən biri reklamın müddəti ilə bağlıdır. Reklamın 1 saat ərzində 12 dəqiqədən çox olmamaqla 3 blok şəklində təqdim edilməsi təklif olunur. Həmçinin tövsiyə olunub ki, 20 dəqiqədən az olan proqramlar, …

Read More »

Azərbaycan və Rusiya KOB-ların hüquqlarının müdafiəsi sahəsində yeni mexanizmləri müzakirə edib

Azərbaycan və Rusiya arasında KOB-ların hüquqlarının müdafiəsi sahəsində yeni mexanizmlərinin tətbiqi imkanlarını müzakirə edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov özünün “Twitter” hesabında yazıb. Müzakirələr O. Məmmədovun Rusiya Federasiyasının Prezidenti yanında Sahibkarların Hüquqlarının Müdafiəsi üzrə Müvəkkil Boris Titovla Bakıda keçirilən görüşdə aparılıb.

Read More »