Cümə axşamı , 16 Yanvar 2025

Biznes

Türkiyə-Azərbaycan İşgüzar Şurası ilə ortaq layihələrin icrası təklif edilir

Azərbaycanla Türkiyәnin Xarici İqtisadi Əlaqələr Qurumunun (DEİK) Türkiyə-Azərbaycan İşgüzar Şurası ilə birgə layihələrin icrası müzakirə edilib. Boyukmillet.com xəbər verir ki, Türkiyәnin Xarici İqtisadi Əlaqələr Qurumunun (DEİK) Türkiyə-Azərbaycan İşgüzar Şurasının nümayəndə heyəti İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da görüş keçiriblər. Görüş zamanı ölkələrimizin biznes dairələri arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, AZPROMO-nun bu istiqamətində gördüyü işlər, birgə layihələrin və tədbirlərin həyata keçirilməsi …

Read More »

Gömrük Komitəsi külli miqdarda siqaretin Gürcüstandan ölkəyə keçirilməsinin qarşısını alıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında siqaretlərin qanunsuz olaraq ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Belə ki, Baş İdarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan ölkəmizə gələn “İveco” markalı yük nəqliyyat vasitəsi saxlanılıb və avtomobilin sürücüsü şifahi sorğu-sual olunub. Sorğu-sual zamanı sürücü idarə …

Read More »

Rusiyadan Azərbaycana dərman preparatlarının gətirilməsinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsi (DGK) Rusiyadan Azərbaycana gələn nəqliyyat vasitəsində dərman preparatları aşkarlayıb. Boyukmillet.com-un komitəyə istinadən verdiyi məlumata görə, DGK-nın Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi “Volvo” markalı yük nəqliyyat vasitəsi saxlanılıb. Yoxlama zamanı avtomobilin kabinasında, yataq yerinin altındakı …

Read More »

Britaniyalı iş adamları Azərbaycanda investisiya yatırmağa dəvət edilib

Böyük Britaniya iş adamları Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitindən yararlana, Azərbaycan sahibkarları ilə fəal əməkdaşlıq edə bilərlər. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayev deyib. O, bu barədə Londonda Azərbaycan Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 5-ci iclası …

Read More »

Dövlət Vergi Xidməti vergi ödəyicilərinə xəbərdarlıq edib

Bu ilin may ayı üzrə gəlir vergisi (Xüsusi notariuslar üzrə), gəlir vergisi (İdman mərc oyunları, lotereyalar, habelə digər yarışlar və müsabiqələr üzrə), əlavə dəyər vergisi, aksiz vergisi, yol vergisi, mədən vergisi, sadələşdirilmiş vergi (Daşınmaz əmlakın təqdim edilməsi üzrə) və sadələşdirilmiş vergi (Pul vəsaitlərinin nağd qaydada çıxarılması üzrə) bəyannamələri iyunun 20-dən gec olmayaraq təqdim olunmalıdır. Boyukmillet.com xəbər verir ki, bu barədə İqtisadiyyat …

Read More »

İtaliyanın “Technip” şirkəti Azərbaycanda “yaşıl” qazın alınmasına kömək edəcək

“Azərbaycan İnvestisiya Şirkəti” ASC və İtaliyanın “Technip Energies Italy S.p.A” şirkəti arasında Əməkdaşlıq haqqında Saziş imzalanıb. İmzalanma mərasimi iqtisadiyyat naziri Mikayıl Cabbarovun İtaliyanın “Technip Energies” şirkətinin nümayəndələri ilə görüşdə keçirilib. Əməkdaşlıq çərçivəsində “Tullantıların Monetizasiyası” layihəsinin həyata keçirilməsi nəzərdə tutulur. Layihə termokimyəvi təkrar emal texnologiyası əsasında plastiklə zəngin olan məişət tullantılarından “yaşıl” qazın alınmasını nəzərdə tutur. Emal zamanı yaradılmış məhsulla “Azərikimya” …

Read More »

Azərbaycan və İtaliya “yaşıl enerji” sahəsində əməkdaşlıq edəcək

İqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliyanın “Technip Energies” şirkətinin nümayəndələri ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, tədbirdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib, zəngin bərpa olunan enerji ehtiyatlarına malik olan ölkəmizin “yaşıl artım” və davamlı inkişaf məkanına çevrilməsi məqsədilə görülən işlər diqqətə çatdırılıb. Qeyd olunub ki, bu prioritetin reallaşdırılmasında “Technip Energies” şirkəti ilə enerji keçidi, “yaşıl” texnologiya, …

Read More »

Azərbaycan və Pakistan arasında Preferensial Ticarət Sazişi imzalanacaq

Azərbaycanla Pakistan arasında Preferensial Ticarət Sazişinin imzalanması istiqamətində hazırda iş aparılır və bu prosesin 2022-ci ildə yekunlaşması gözlənilir. Boyukmillet.com xəbər verir ki, bunu  Pakistanın Azərbaycandakı səfiri Bilal Haye bildirib. Onun sözlərinə görə, saziş imzalandıqdan sonra bir sıra Pakistan məhsullarının Azərbaycan bazarına daxil olması asanlaşdırılacaq: “Yəni, saziş imkan verəcək ki, bir sıra Pakistan məhsulları Azərbaycan bazarına aşağı gömrük tarifləri ilə daxil olsun. …

Read More »

Vüqar Oruc: Bütün hallarda indi fərdi yaşayış evləri və bağ evləri diqqət mərkəzindədir

Hazırda mənzil  qiymətlərində müəyyən sabitləşmə meydan gəlib. Boyukmillet.com xəbər verir ki, bunu “Fins.az” a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri,  “VECON CONSULTING” qiymətləndirmə şirkətinin təsisçisi Vüqar Oruc deyib.  Onun sözlərinə görə qiymətlərdə müşahidə edilən bu stabilləşmə yay aylarında insanların mənzillərə deyil,  daha çox fərdi yaşayış evlərinə xüsusən də bağ evlərinə müraciət etməsi ilə bağlıdır.  Vüqar Oruc mənzil bazarında qiymətlərin stabilləşməsinin  digər …

Read More »

İstanbulda 25-ci Avrasiya İqtisadi Zirvəsi işə başlayıb

İstanbulda “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə 25-ci Avrasiya İqtisadi Zirvəsi işə başlayıb. Boyukmillet.com xəbər verir ki, tədbirdə onlarla ölkədən dövlət və hökumət başçıları, iqtisadçılar, elm, iş və incəsənət adamları, siyasi-ictimai xadimlər, müxtəlif səviyyəli fikir və düşüncə mərkəzlərinin rəhbərləri, habelə beynəlxalq və regional təşkilatların nümayəndələri iştirak edir. Zirvədə “Enerji və energetika siyasəti”, “Miqrasiya problemləri və post-pandemiya iqtisadiyyatı”, …

Read More »