Bu gün Bakıda Azərbaycan-Gürcüstan biznes forumu keçiriləcək. Boyukmillet.com xəbər verir ki, forum iki gün davam edəcək. Tədbirdə ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi, sərmayə qoyuluşu, diqqət mərkəzində olacaq. Biznes forumunda həmçinin regional iqtisadi layihələrin perspektivləri və s. məsələlər də müzakirə ediləcək. Qeyd edək ki, forumda Azərbaycan rəsmiləri ilə yanaşı, Gürcüstanın da hökumət nümayəndələri, o cümlədən iqtisadiyyat və davamlı inkişaf …
Read More »Səfər Mehdiyev: “Gorus-Qafan yolundan 2 min manata yaxın vəsait toplanılıb”
“İndiyə qədər Dövlət Gömrük Komitəsi Gorus-Qafan yolunda yaratdığı gömrük postlarından 2 mln manata yaxın vəsait toplayıb”. Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında komitənin sədri Səfər Mehdiyev deyib. “Həmin yol Azərbaycan ərazisidir. Ölkəmizə başqa gömrük postlarından daxil olan xarici vətəndaşlar hansı vergi və rüsumları ödəyirsə, Gorus-Qafan yolundakı gömrük postlarından keçənlər də eyni qaydada ödəniş edirlər”, – deyə o, qeyd edib.
Read More »Mikayıl Cabbarov: “İsrail-Azərbaycan Ticarət və Sənaye Palatası əməkdaşlıq üçün əlverişli platformadır”
“İsrail-Azərbaycan Ticarət və Sənaye Palatası əməkdaşlığımızın genişlənməsi üçün əlverişli platformadır”. “Report” xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tviterdəki səhifəsində bildirib. “Birgə təşəbbüslərimiz ölkələrimiz arasında enerji, rəqəmsallaşma, innovasiya, İKT, kənd təsərrüfatı, turizm və s. sahələrdə tərəfdaşlıq üçün faydalıdır”, – deyə nazir əlavə edib.
Read More »Hesablama Palatası Dövlət Neft Fondunun büdcə layihəsinə rəy verib
Hesablama Palatası Dövlət Neft Fondunun 2022-ci il büdcəsinin layihəsinə rəy verib. Boyukmillet.com xəbər verir ki, rəy “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununun 27.7-ci maddəsinə, “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununun 7.0.1-ci maddəsinə və “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”nın (Qaydalar) 4.1-ci bəndinə müvafiq olaraq hazırlanıb. “Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 …
Read More »ATİB Qarabağla bağlı proqram hazırlayıb
“Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) Qarabağla bağlı böyük proqram hazırlayıb”. Boyukmillet.com xəbər verir ki, bunu ATİB-in İdarə Heyətinin sədri Camal Yanğın Bakıda keçirilən “UNEC İqtisadi Forumu”nda deyib. “Qarabağda isgaldan əvvəl nələr var idisə, ilk növbədə onlar bərpa edilməli, həmin bölgəyə uyğun sərmayələr qoyulmalıdır. Məsələn, Ağdam deyiləndə ağlımıza ilk öncə kənd təsərrüfatı gəlir, bununla əlaqədar təklif hazırlamışıq. Füzuli və Kəlbəcərlə bağlı da …
Read More »İİTKM: “Zəngəzur koridorunun açılması Belçika və Azərbaycanın maraqlarına xidmət edəcək”
Azərbaycanın öz torpaqlarını azad etməsinin ardından ərazilərin yenidən qurulması, Zəngəzur koridorunun açılması ilə Cənubi Qafqaz regionunun həm Şimal-Cənub, həm də Şərq-Qərb beynəlxalq ticarət və daşımalar baxımından potensialının artması sahəsində Belçikadan olan tərəfdaşlarla əməkdaşlığın qurulmasının hər iki ölkənin maraqlarına xidmət edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Belçika Krallığının ölkəmizdə yeni …
Read More »Azərbaycanla İran arasında iqtisadi əlaqələrin inkişafı müzakirə edilib
İranın Azərbaycandakı Səfirliyi ölkəsinin iş adamlarının iştirakı ilə görüş keçirib. Boyukmillet.com xəbər verir ki, səfirliyin ticarət attaşesinin də iştirak etdiyi görüşdə iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin son vəziyyəti və inkişafı müzakirə edilib. İştirakçılar iqtisadi əlaqələrin genişləndirilməsindəki maneələrin aradan qaldırılması yollarını müzakirə edib, bu cür görüşləri davam etdirməyi qərara alıb. Bunun üçün İran səfiri həftədə bir dəfə belə görüşə qatılacaq.
Read More »Azərbaycan və İsrail kənd təsərrüfatı üzrə əməkdaşlığı genişləndirəcək
Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətinin İsrailə səfəri çərçivəsində İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Forerlə görüş keçirilib. Boyukmillet.com bu barədə Azərbaycan tərəfinə istinadən xəbər verir. Məlumata görə, görüşdə aqrar tədqiqatlar sahəsində əməkdaşlığın genişləndirilməsi, kadr hazırlığı, aqrar təhsil sahəsində əməkdaşlıq, universitetlər arasında tələbə və müəllim mübadiləsi, ticarət dövriyyəsinin artırılması məsələləri müzakirə olunub. Tərəflər …
Read More »Qarabağda çəkilən kadrlar “Bakcell”in yeni reklamına aiddir
Bir qədər əvvəl sosial şəbəkələrdə və xəbər portallarında Şuşanın Cıdır Düzündə və Füzuli Beynəlxalq Hava Limanında aparılan çəkilişlərdən maraqlı fotolar yayılmıb. Məlum olub ki, həmin çəkilişlər Bakcell şirkətinin yeni reklam çarxına aiddir. Şirkətdən bildirilib ki, reklam çarxı Bakcell şəbəkəsinin üstünlüyünə həsr edilib.Azərbaycanın ən sürətli mobil şəbəkəsi artıq işğaldan azad olunmuş torpaqlarımızda da xidmət göstərir. Bakcell Qarabağda şəbəkənin əhatə dairəsinin genişləndirilməsi …
Read More »Azərbaycan və Türkiyə arasında yeni əməkdaşlıq sənədləri imzalanıb
Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forum (International Business Forum – IBF) çərçivəsində Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb. Boyukmillet.com xəbər verir, bunlardan biri yol xəritəsidir ki, ona Azərbaycanın İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Türkiyənin Müstəqil Sənayeçi İş Adamları Dərnəyinin (MÜSİAD) rəhbəri Mahmud Asmalı imza atıb. Budnan başqa, Azərbaycanın …
Read More »