Bazar , 6 Aprel 2025

Biznes

Azərbaycanda tikinti texnikalarının icarə haqqı kəskin artıb” – AÇIQLAMA

“Tikinti avadanlıqlarının qiymətinin gələn ilin mart ayında qalxacağını proqnozlaşdırırıq. Bunu indidən də görmək olar”.  Bu barədə FED.az-a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədr müavini, «Vecon Consulting» qiymətləndirmə şirkətinin direktoru Vüqar Oruc bildirib. Ekspertin sözlərinə görə, Qarabağda tikintilərin aparılması üçün yaranmış tələbat faktoru tamamilə ödəniləcək: «Hazırda müxtəlif ağır və digər texnikaların (betontökmə qurğularının) icarə qiymətlərində təqribən 25-35 % civarında qiymət artımının şahidi oluruq. …

Read More »

Türkiyənin Azərbaycanda sabiq səfiri “YAŞAT Fondu”na 12 000 manat ianə edib

Türkiyənin Azərbaycanda sabiq səfiri Hulusi Kılıç “YAŞAT” Fonduna ianə edib. Boyukmillet.com xəbər verir ki, o, Bakıda keçirilən “Zəfər Yarmarkası”nı ziyarət edib. Yarmarkada nümayiş edilən hərbi texnikalarla tanış olan H.Kılıç “YAŞAT” Fonduna pul köçürüb. O, bu günə qədər kitab satışından əldə etdiyi gəlirlərdən Fonda ümumilikdə 12 min manat ianə edib.

Read More »

Vüsal Qasımlı: “Bəzi birliklərə üzv olsaydıq, Qarabağı azad edəndə bu qədər sərbəst olmazdıq”

“Bizim iqtisadiyyatımız indiyə qədər əsas problemimizin həllinə hədəflənmişdi. Açıq və gizli – bütün formalardan istifadə edirdik ki, ərazi bütövlüyümüz bərpa olunsun. Bunun üçün biz çox məsələlərin üzərinə getdik”. Boyukmillet.com xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, professor Vüsal Qasımlı deyib. Onun sözlərinə görə, Azərbaycanın heç bir iqtisadi-siyasi birliyə üzv olmaması onun Vətən müharibəsində qələbəsini şərtləndirən əsas …

Read More »

Regionlarda qeyri-neft sənayesi üzrə yeni müəssisələr açılacaq

Azərbaycanda həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb etməklə, iqtisadi sabitliyin təmin olunması, bölgələrimizdə biznesin inkişafı üçün münbit şəraitin yaradılması, yeni müəssisə və iş yerlərinin açılması, infrastruktur layihələrinin icrası və əhalinin rifahının daha da yaxşılaşdırılmasında mühüm rol oynamaqdadır. Qeyd edək ki, regionların sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlərin davam etdirilməsi məqsədilə Prezident İlham Əliyevin …

Read More »

Azərbaycan BMT ilə yeni sənəd imzalayıb

Azərbaycan və BMT arasında korporativ məsuliyyəti və dayanıqlı biznesi təşviq etmək üçün Anlaşma Memorandumu imzalanıb. Boyukmillet.com xəbər verir ki, sənədi BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva və İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədr əvəzi Osman Xaliyev imzalayıb. Anlaşma Memorandumunun məqsədi Datanıqlı İnkişaf Məqsədləri üzrə milli hədəflərlə uyğunlaşdırılmış 5 sosial-iqtisadi inkişaf ptioritetinə nail olmaq üçün cəmiyyət, biznes və …

Read More »

İqtisadi Zonaların İnkişafı Agentliyi “Rebuild Karabakh” sərgisində iştirak edir

İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyi Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisində (”Rebuild Karabakh”) öz stendi ilə iştirak edir. Bu barədə Agentlikdən bildirilib. Məlumata görə, maraqla qarşılanan stenddə sərgi iştirakçılarına ölkədə fəaliyyət göstərən sənaye zonaları və rezidentlərə tətbiq olunan güzəştlər, Qarabağda yaradılan Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarının konseptual planları barədə məlumat verilir. Sərgi çərçivəsində “İşğaldan azad olunmuş …

Read More »

Azərbaycan vətəndaşları Ukraynada 2 minə yaxın şirkət yaradıb

Müstəqillik illərində Ukraynada Azərbaycan vətəndaşları tərəfindən yaradılan hüquqi şəxslərin (şirkətlərin) sayı məlum olub. Boyukmillet.com xəbər verir ki, bunu “Report”un Şərqi Avropa bürosunun sorğusuna cavab olaraq “Терези” Ukrayna-Azərbaycan Biznes Assosiasiyasından bildiriblər. Müvafiq qurumların məlumatına görə, indiyə qədər Ukraynada ümumilikdə 1937 şirkət Azərbaycan vətəndaşı tərəfindən yaradılıb. Hazırda bunlardan 1909 şirkət fəaliyyətini davam etdirir.

Read More »

Vüsal Qasımlı: “İqtisadiyyatımız qeyr-neft sektoru drayverliyi ilə böyüyür”

“Azərbaycanda iqtisadi artım tempi aybaay sürətlənir”. Boyukmillet.com xəbər verir ki, bunu qurumun icraçı direktoru Vüsal Qasımlı bildirib. “Bu ilin ilk 9 ayında Azərbaycanda 6,2% böyümüş qeyri-neft sektorunun drayverliyi ilə 4,8% iqtisadi artım qeydə alınıb. Beynəlxalq Valyuta Fondu (IMF) Azərbaycan iqtisadiyyatının bu il 3% artmasını proqnozlaşdırır ki, bu da əvvəlki proqnozları üstələyir və milli iqtisadiyyata güvənin artmasını göstərir. Lakin milli iqtisadiyyatın …

Read More »

İlham Əliyev azərbaycanlı və xarici investorlara çağırış edib

“Tarixi abidələr, körpülər, eyni zamanda, məşhur Azıx mağarası, Tağlar mağarası – bunlar burada yerləşir. Ermənilər Azıx mağarasını da erməniləşdirmək istəmişdilər. Bunların cəfəngiyyatının dərəcəsinə baxın, onlar bəyan edirdilər ki, Azıx mağarasında ermənilər yaşayıblar. Adam bilmir gülsün, yoxsa neynəsin”. Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib. Dövlət başçısı bildirib ki, Azıx mağarasını aşkarlayan azərbaycanlı …

Read More »

Dövlət Gömrük Komitəsinin sədri Türkiyədə səfərdədir

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə işgüzar səfər edib. Boyukmillet.com xəbər verir ki, bu barədə o, özü məlumat verib. Məlumata görə, səfər çərçivəsində S.Mehdiyev İzmir şəhərində Türkiyənin ticarət nazirinin müavini, Gömrük Administrasiyasının rəhbəri Rıza Tuna Turaqayla görüş keçirib. Görüşdə iki ölkə arasında iqtisadi-ticari münasibətlərdən, iki gömrük orqanlarının qarşılıqlı əlaqələrindən və perspektivlərdən ətraflı bəhs edilib. …

Read More »