“Tarixi abidələr, körpülər, eyni zamanda, məşhur Azıx mağarası, Tağlar mağarası – bunlar burada yerləşir. Ermənilər Azıx mağarasını da erməniləşdirmək istəmişdilər. Bunların cəfəngiyyatının dərəcəsinə baxın, onlar bəyan edirdilər ki, Azıx mağarasında ermənilər yaşayıblar. Adam bilmir gülsün, yoxsa neynəsin”. Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib. Dövlət başçısı bildirib ki, Azıx mağarasını aşkarlayan azərbaycanlı …
Read More »Dövlət Gömrük Komitəsinin sədri Türkiyədə səfərdədir
Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə işgüzar səfər edib. Boyukmillet.com xəbər verir ki, bu barədə o, özü məlumat verib. Məlumata görə, səfər çərçivəsində S.Mehdiyev İzmir şəhərində Türkiyənin ticarət nazirinin müavini, Gömrük Administrasiyasının rəhbəri Rıza Tuna Turaqayla görüş keçirib. Görüşdə iki ölkə arasında iqtisadi-ticari münasibətlərdən, iki gömrük orqanlarının qarşılıqlı əlaqələrindən və perspektivlərdən ətraflı bəhs edilib. …
Read More »Azərbaycan və İraq arasında 2 sənəd imzalanıb
Bu gün İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, İraq Ticarət Palataları Federasiyasının dəstəyi ilə işgüzar əməkdaşlıq imkanlarına dair Azərbaycan-İraq Dəyirmi Masası keçirilib. Boyukmillet.com KOBİA-ya istinadən verdiyi məlumata görə, tədbirdə hər iki ölkədən rəsmi şəxslər, sənaye, kənd təsərrüfatı, qida, əczaçılıq, tikinti, turizm və logistika sahələrində fəaliyyət göstərən iş adamları iştirak ediblər. Dəyirmi Masadakı çıxışında KOBİA-nın İdarə …
Read More »Mikayıl Cabbarov Azərbaycanın investisiya planlarından danışıb
“Gələn il Azərbaycan hökumətinin əsas prioritetləri islahatlar və rəqabətədavamlı mühitin inkişafı olacaq”. Boyukmillet.com xəbər verir ki, bunu Mikayıl Cabbarov Alman-Azərbaycan Xarici Ticarət Palatasının “Azərbaycanda Xarici Biznes: Biznes Mühiti üzrə Sorğu 2021” adlı hesabatının növbəti nəşrinin təqdimatı zamanı bildirib. “Hazırda ölkədə iqtisadiyyatın müxtəlif sahələrinə investisiyalar üçün hələ də böyük potensial mövcuddur”, – deyən nazir xarici şirkətləri müxtəlif layihələrdə, o cümlədən Azərbaycanın …
Read More »Mikayıl Cabbarov: “İnvestorların iqtisadi mühiti dəyərləndirməsi izlənilir”
“Azərbaycandakı xarici investorların ölkədəki iqtisadi mühitlə bağlı dəyərləndirilməsi daim diqqətlə izlənilir”. Boyukmillet.com xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib. ” Alman-Azərbaycan Xarici Ticarət Palatasının təşkilatçılığı ilə keçirilən “Azərbaycanda Xarici Biznes: Biznes Mühiti sorğusu 2021″ hesabatının təqdimatında iştirak edirik. Hesabat pandemiyanın iqtisadiyyata təsirinin müəyyənləşdirilməsində, mənfi təsirlərinin minimuma endirilməsi istiqamətində həyata keçirilən islahatların qiymətləndirilməsində xüsusi əhəmiyyət kəsb edir”, – deyə …
Read More »TDƏŞ nümayəndə heyətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirilib
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) iqtisadiyyat nazirlərinin 10-cu görüşü çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Şuraya üzv dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirib. Boyukmilet.com bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, Türkiyənin ticarət naziri Mehmet Muş ilə görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin yüksələn xətlə inkişaf etdiyi, Vətən Müharibəsi zamanı qardaş Türkiyənin güclü siyasi və mənəvi dəstəyi vurğulanıb. İki …
Read More »Daşınmaz əmlak bazarı: İlkin mənzillərin qiyməti artıb, təkrar mənzillər ucuzlaşıb
Bu ilin avqust ayında əvvəlki ayla müqayisədə daşınmaz əmlak bazarında qiymətlər təxminən stabil qalıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə qiymətlərdə 8,42 % artım olub. Bu barədə “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin sədri, MBA konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru, daşınmaz əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov məlumat verib. N.İbrahimov təkrar mənzillərin qiymətinin azaldığını bildirib: “Təkrar mənzil bazarında qiymətlər ay ərzində 2,95 …
Read More »Türkdilli iş adamlarının iştirakı ilə Qarabağda biznes-forum keçirilə bilər
“Biz 2-ci Qarabağ müharibəsinin davam etdiyi ötən il 2 noyabr tarixində Azərbaycanda idik. Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan olaraq Azərbaycana dəstək vermək üçün biznes-forum keçirdik”. Boyukmillet.com xəbər verir ki, bunu Ağdamda səfərdə olan Türk Ticarət və Sənaye Palatasının Baş katibi Adəm Kula jurnalistlərə açıqlamasında deyib. “Türk Ticarət və Sənaye Palatası olaraq 6 dövlətin ticarət və sənaye palatasının birləşməsi ilə yaradılıb. …
Read More »Türkdilli dövlətlərin nazirliklərinin nümayəndələri Ağdamdadır
İlk xəbər saat 14:05-də verilib Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv dövlətlərin iqtisadiyyat nazirlərinin 10-cu görüşünün iştirakçılarının işğaldan azad olunmuş Ağdam rayonuna səfəri başlayıb. Boyukmillet.com xəbər verir ki, qonaqları Prezidentin Ağdam rayonu üzrə xüsusi nümayəndəsi Emin Hüseynov qarşılayıb. Səfər iştirakçıları ilk olaraq Qarabağ xanlarının türbələrini və yaşayış evlərini (İmarət) ziyarət ediblər. Qonaqlara erməni vandallıqlarına məruz qoyulmuş türbələr və Natəvanın …
Read More »TDƏŞ rəsmisi: “Türkdilli ölkələrin iş adamları Qarabağın bərpasında iştirak etmək istəyirlər”
“Azərbaycanda olduğumuz üçün xoşbəxtik”. Boyukmillet.com xəbər verir ki, bunu Ağdamda səfərdə olan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibinin köməkçisi Ömər Kocaman jurnalistlərə açıqlamasında deyib. “Bildiyiniz kimi, ötən gün TDƏŞ olaraq Bakıda iqtisadiyyat nazirlərinin 10-cu görüşünü reallaşdırdıq və biznes-forum keçirdik. Bu gün isə iş adamlarımız, nazirin köməkçisi, səfirlərimiz, Türkiyə, Qazaxıstan, Qırğızıstandan və Özbəkistandan olan rəsmilərlə birlikdə bu bölgədəyik. Qarabağın yenidən qurulmasında türkdilli …
Read More »