Cümə axşamı , 2 May 2024

Biznes

Türkiyənin vitse-prezidenti: “Biz istəyirik ki, daha çox iş adamı Azərbaycana gəlsin”

Azərbaycan və Türkiyə arasında münasibətlər çox dərindir. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Bakıda keçirilən “İş Dünyasının Görüşü” adlı tədbirdə deyib. C.Yılmaz bildirib ki, bu, münasibətlərin dərin olmasının bariz nümunələrindən biri iki ölkə arasındakı siyasi səfərlərin sıxlığıdır: “Son 1 ay ərzində Azərbaycan və Türkiyə prezidentləri arasında 3 dəfə görüş olub. Sabah isə Türkiyənin ticarət naziri Azərbaycana səfər …

Read More »

Türkiyənin Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu açıqlanıb

Bu günə qədər Türkiyə Azərbaycan iqtisadiyyatına 15,2 milyard ABŞ dolları investisiya yatırıb. Boyukmillet.com xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən “Türk iş adamları birlikləri ilə əməkdaşlıq” mövzusunda ictimai dinləmədə bildirib. Onun sözlərinə görə, bunun 11,7 milyard ABŞ dolları neft-qaz sektorunun, 3,5 milyard ABŞ dolları isə qeyri-neft-qaz sektorunun …

Read More »

Pekində “İB Group”la “Baotou Steel” arasında saziş imzalandı – Fotolar

Bu gün “İB Group” MMC-nin İcraçı direktoru Babəkəfəndi İmanovun və “Baotou Steel” Dövlət müəssisəsinin İcraçı direktoru Wu Xiang Dong-un birgə iştirakı ilə Azərbaycan və Ukrayna ilə yanaşı Türk dövlətlərində ekskluziv nümayəndəlik verilməsi üzrə Çinin paytaxtı Pekin şəhərində saziş imzalanıb.  “İB Group” MMC ilə “Baotou Steel” Dövlət şirkəti arasında uzunmüddətli strateji əməkdaşlıq əlaqələri mövcuddur. “Baotou Steel” 1954-cü ildə qurulmuş və Çinin tam sənaye zəncirlərinə və tikişsiz …

Read More »

Bakıda Azərbaycan-Türkiyə İnvestisiya Forumu keçiriləcək

Dekabrın 21-də Bakıda Azərbaycan-Türkiyə İnvestisiya Forumu keçiriləcək. Bu barədə Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyindən (TÜİB) bildirilib. Forum Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun, Türkiyənin ticarət naziri Ömer Bolat, və Prezident Aparatının Maliyyə Ofisinin rəhbəri Göksel Aşanın iştirakı ilə keçiriləcək. Forum Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi və Türkiyə Respublikasının quruluşunun 100 illiyinə həsr olunub. Tədbir Azərbaycanda İxracın …

Read More »

Naxçıvanda bu il 12 minə yaxın “ASAN İmza” sertifikatı verilib

Bu ilin yanvar-noyabr ayları ərzində Naxçıvan Muxtar Respublikasında vergi ödəyicilərinə 6 618 müraciət üzrə 11 821 “ASAN İmza” sertifikatı verilib. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib. Bundan başqa, məlumata görə, 11 ay ərzində Naxçıvandakı vergi ödəyicilərinə xidmət strukturlarında ümumilikdə 34 346 şəxs qəbul edilib. Xidmət strukturları vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə …

Read More »

ATİB-ə yeni sədr seçilib

Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinə yeni sədr seçilib. Sitat.info xəbər verir ki, bu, Mürsəl Rüstəmovdur. O, indiyə qədər ATİB-in sədr müavini olub və yeni vəzifəsində Cemal Yanqını əvəz edib. M.Rüstəmov vaxtilə “PAŞA Həyat Sığorta” ASC-nin İH-nin sədri vəzifəsində çalışıb.

Read More »

Azərbaycan və Böyük Britaniya şirkətləri müqavilə imzalayıb

Azərbaycanın “Bridge” şirkətlər qrupu ilə Böyük Britaniyanın “Concerte Canvas Limited” şirkəti arasında Eksklüziv Distribütorluq Müqaviləsi imzalanıb. Boyukmillet.com xəbər verir ki, imzalanma mərasimi bu gün Bakıda keçirilmiş Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclası çərçivəsində baş tutub.

Read More »

Vasile Soare: “Rumıniya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 700 milyon dollar təşkil edib”

“Rumıniya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 700 milyon dollar təşkil edib”. Boyukmillet.com xəbər verir ki, bunu Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vasile Soare deyib. Səfir, həmçinin biıdirib ki, Rumıniya ilə Azərbaycan Mərkəzi və Şərqi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verən mühüm layihələrin həyata keçirilməsi üzərində birgə uğurla çalışırlar. “Azərbaycan-Gürcüstan-Ruminiya-Macarıstan formatında Xəzər dənizinin Azərbaycan şelfindən Qara dəniz vasitəsilə Konstansaya yaşıl …

Read More »

Gömrük sahəsi üzrə GUAM ölkələrində aparılan islahatlar barədə fikir mübadiləsi aparılıb

GUAM üzv ölkələrində gömrük sahəsində həyata keçirilən islahatlar barədə fikir mübadiləsi aparılıb. Boyukmillet.com xəbər verir ki, fikir mübadiləsi noyabrın 30-da GUAM Ticarət və Nəqletməyə Yardım Layihəsi üzrə Rəhbəredici Komitənin 36-cı iclası zamanı aparılıb. Onlayn formatda keçirilən tədbirdə, həmçinin 35-ci iclasın protokolunun icrası, Səlahiyyətli İqtisadi Operatorlar və Blokçeyn işçi qruplarının gələcək fəaliyyəti müzakirə olunub. Dövlət Gömrük Komitəsi sədrinin müavini Natiq Şirinov …

Read More »

Azərbaycanda dövlətə məxsus 2 iri müəssisənin özəlləşdirilməsinə başlanılıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlətə məxsus 2 iri müəssisənin özəlləşdirilməsinə başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə qurumun müəssisələrə təşkil etdiyi mediaturda bildirilib. Məlumata görə, bunlardan biri vaxtilə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə məxsus olan və sonradan dövlətin balansına keçən “Akkord Mərmər Qranit” MMC-nin bazasında yaradılmış “Bakı Mərmər Qranit” MMC-dir. Müəssisənin özəlləşdirilməsi üçün komissiya yaradılıb, inventarlaşdırma aparılıb, …

Read More »