Cümə axşamı , 18 Aprel 2024

Biznes

Ötən il Türkiyədən Azərbaycana məhsul ixracı 8 %-dən çox artıb

Ötən il Türkiyədən Azərbaycana 2 milyard 407 milyon 984 min ABŞ dolları dəyərində məhsul ixrac olunub. Boyukmillet.com Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2022-ci ilə nisbətən 8,5 % çoxdur. Belə ki, 2022-ci ildə Türkiyədən ölkəmizə 2 milyard 218 milyon 550 min ABŞ dolları dəyərində məhsul gətirilib. Həmçinin 2023-cü ilin dekabr ayında Azərbaycan qardaş ölkədən 357 milyon 728 min ABŞ dolları dəyərində məhsul idxal edib ki, bu da …

Read More »

İşğaldan azad edilmiş ərazilərdə sahibkarların kommunal xidmətləri subsidiyalaşdırılacaq

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində sahibkarların kommunal xidmətlərinin subsidiyalaşdırılmasına 2 milyon manat ayrılacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin “Vətəndaşın büdcə bələdçisi”ndə bildirilib. Bu vəsait, işğaldan azad edilmiş ərazilər üzrə vergi uçotuna alınan və həmin ərazilərdə fəaliyyət göstərən sahibkarların kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə ödəyəcəkləri vəsaitin 20 %-nin 10 il müddətində dövlət büdcəsi vəsaiti …

Read More »

Qətər azərbaycanlı turistlər üçün daha əlçatan oldu – FOTO/VİDEO

Qətər gözəl qumsal çimərlikləri, dəbdəbəli hotelləri, geniş şoppinq imkanı və sıx tədbirlər təqvimi ilə yeni, lakin şübhəsiz ki, diqqətəlayiq bir turizm istiqamətidir. Bu istiqamət əla çimərlik istirahəti və əyləncə infrastrukturu sayəsində ailələri və gəncləri cəlb edir. Bu məqalədə sizə Qətərdə nələri görə biləcəyiniz və nə edə biləcəyiniz, hətta qısa tətil müddətində belə bu ölkənin hansı heyrətamiz cəhətlərini kəşf edə biləcəyiniz …

Read More »

Dövlət Vergi Xidmətinin strukturu optimallaşdırılıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) strukturunda optimallaşdırmalar aparılıb. Boyukmillet.com DVX-yə istinadən xəbər verir ki, dəyişikliklər vergi daxilolmalarının müsbət dinamikasını artırmaq, işğaldan azad edilmiş ərazilərdə vergi ekosistemini bərqərar etmək, orada yaşayan vətəndaşların və fəaliyyət göstərən biznes subyektlərinin vergi xidmətlərinə çıxışını və vətəndaş məmnunluğunu təmin etmək, ümumilikdə risk əsaslı nəzarət çərçivəsini təkmilləşdirmək məqsədi daşıyır. Dəyişikliklərə əsasən, işğaldan azad olunmuş ərazilər üzrə …

Read More »

Azərbaycanda daşımalarla bağlı icazə sistemində dəyişiklik edilib

Nazirlər Kabineti 24 noyabr 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə vergi orqanlarına məlumat göndərilməli olan icazələrin Siyahısı”na dəyişiklik edib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, bundan sonra Azərbaycan ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara verilən beynəlxalq …

Read More »

Azərbaycan ət idxalını cüzi azaldıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 38 min 286 ton ət idxal edib. Boyukmillet.com xəbər verir ki, bu həcmdə ətin dəyəri 78 milyon 555 min ABŞ dollar təşkil edib. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 62 ton (0,2 %) azdır, dəyər baxımından isə 6 milyon 354 min ABŞ dolları (8,8 %) çoxdur. 11 ay ərzində ət idxalına çəkilən …

Read More »

Türkiyə rəsmisi: “Son 20 ildə regionda ən sürətlə inkişaf etmiş ölkə Azərbaycan olub”

Son 20 ildə regionda ən sürətlə inkişaf etmiş ölkə Azərbaycan olub. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidentinin Maliyyə İdarəsinin rəisi Göksal Aşan Bakıda keçirilən, Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş Azərbaycan-Türkiyə İnvestisiya Forumunda bildirib. Onun sözlərinə görə, bu inkişaf ölkə ərazisinin 20 %-nin işğal altında olması şəraitindı qeydə alınıb. “Torpaqların azad edilməsi ilə inkişafın səviyyəsini …

Read More »

Nazir: “Türkiyə şirkətləri işğaldan azad edilmiş ərazilərdə fəaldır”

Türkiyə şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında və yenidən qurulmasında fəal iştirak edir. Boyukmillet.com xəbər verir ki, bunu Bakıda keçirilən, Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş Azərbaycan-Türkiyə İnvestisiya Forumunda iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib. Onun sözlərinə görə, 2021-2023-cü illərdə həmin ərazidlərə bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi üçün dövlət büdcəsindən 7 milyard ABŞ dolları …

Read More »

Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın investisiya qoyub

1995-ci ildən bu il iyulun 1-nə qədər Azərbaycan Türkiyə iqtisadiyyatına 19,9 milyard ABŞ dolları investisiya yatırıb. Boyukmillet.com xəbər verir ki, bunu Bakıda keçirilən, Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş Azərbaycan-Türkiyə İnvestisiya Forumunda iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib. Onun sözlərinə görə, Azərbaycanın xarici ölkələrə investisiya qoyuluşunun məbləğinə görə Türkiyə 1-ci yerdədir: “Bu, ölkələrimiz arasında investisiya tərəfdaşlığının inkişafının …

Read More »

Bakıda Azərbaycan-Türkiyə İnvestisiya Forumu keçirilir

Bu gün Bakıda Azərbaycan-Türkiyə İnvestisiya Forumu işə başlayıb. Boyukmillet.com xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illik yubileylərinə həsr olunmuş tədbirin təşkilatçıları İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri” (TÜİB) İctimai Birliyidir. Forumda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyənin ticarət naziri Ömer Bolat və Prezident Aparatının Maliyyə Ofisinin rəhbəri …

Read More »