Çərşənbə , 24 Aprel 2024

Biznes

Azərbaycanın Gürcüstan və Rusiya ilə sərhədində yeni gömrük postları yaradılacaq

Azərbaycanın Gürcüstan və Rusiya ilə sərhədində yeni gömrük postlarının yaradılması ilə bağlı layihə hazırlanıb. Boyukmillet.com xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Gömrük dəyərləndirilməsi şöbəsinin rəisi Vüqar Əhmədov Beynəlxalq Ticarət Mərkəzinin İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPRO MO) ilə birgə keçirdiyi, “Ticarət zamanı qeyri-tarif maneələri və xidmət ticarətinin qaydaları ilə bağlı maraqlı tərəflərlə …

Read More »

Azərbaycan yaxın 2 ildə qeyri-neft ixracının dəyərini 5 milyard dollara çatdıracaq

2026-cı ildə Azərbaycanın qeyri-neft ixracının dəyərinin 5 milyard ABŞ dollarına çatdırılması hədəflənir. Boyukmillet.com xəbər verir ki, bunu Beynəlxalq Ticarət Mərkəzinin İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə birgə keçirdiyi, “Ticarət zamanı qeyri-tarif maneələri və xidmət ticarətinin qaydaları ilə bağlı maraqlı tərəflərlə məsləhətləşmələr” mövzusunda tədbirdə AZPROMO-nun icraçı direktorun müavini Tural Hacılı bildirib. “Hazırlanan Milli İxrac Strategiyasında qısa və orta perspektivdə mövcud …

Read More »

Bakıda II Vergi və Mühasibatlıq Zirvəsi keçiriləcək

“Rəqəmlərin ritmi” ilə başlayan yol 2023-cü ildə ölkəmizdə ilk dəfə “Facemark” və “Good Finance” şirkətlərinin ortaq təşkilatçılığı ilə “Vergi və Mühasibatlıq Zirvəsi” (VMZ2023) keçirildi. Tədbirdə 600 nəfərə yaxın mühasib, maliyyəçi, vergi mütəxəssisi, sahibkar və digər bu sahədə maraqlı şəxslər iştirak etdilər. “Rəqəmlərin ritmi” sloqanı ilə keçirilmiş ilk “Vergi və Mühasibatlıq Zirvəsi” qarşısına qoyduğu məqsədlərə çatmış, təkcə mühasibatlıq və vergi ilə məhdudlaşmayan, həm …

Read More »

ƏMDX kiçik, orta və iri sahibkarlıq subyektlərinə müraciət edib

Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) kiçik, orta və iri sahibkarlıq subyektlərinə müraciət edib. Boyukmillet.com-un məlumatına görə, müraciətdə deyilir: “İşğaldan azad olunmuş ərazilərdə yaşayan sakinlərin, burada təmsil olunan dövlət qurumları, podratçı təşkilatlar və onların işçi heyətinin bir sıra xidmətlərlə təmin olunmasına zərurət yaranıb. Bununla əlaqədar, bu ərazilərdə ticarət, ictimai iaşə, məişət xidməti və digər istiqamətlərdə bəzi müəssisə və …

Read More »

Azərbaycan və Rusiya 2024-2026-cı illər üçün Yol Xəritəsini imzalayıb

Bakıda Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsi imzalanıb. Bu barədə Nazirlər Kabinetindən bildirilib. Yol Xəritəsi ticarət-iqtisadi və investisiya qoyuluşu, nəqliyyat, sənaye, aqrar və qida təhlükəsizliyi, enerji, turizm, humanitar və sosial, həmçinin innovasiya və informasiya texnologiyaları sahələrində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı konkret addımların atılmasını nəzərdə tutur. Yol xəritəsinin imzalanması Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin ölkəmizdə …

Read More »

Azərbaycan Davosda COP29-un ev sahibi kimi səylərini diqqətə çatdırıb

Azərbaycan hökuməti İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda COP29-un ev sahibi kimi səylərini diqqətə çatdırıb. Boyukmillet.com  xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. “Davos İqtisadi Forumu (World Economic Forum) çərçivəsində keçirilən “Dünya iqtisadi liderlərinin qeyri-rəsmi toplantısı: 2030-cu ilə doğru” sessiyasında COP29-un ev sahibi kimi Azərbaycanın səylərini diqqətə çatdırdıq, enerjidən səmərəli istifadə və iqlim …

Read More »

“SIGMA MAN” brend kişi geyimləri mağazasının açılışı oldu 

Bakıda “SIGMA MAN” brend kişi geyimləri mağazasının açılışı olub. Boyukmillet.com  xəbər verir ki, Akademik Şəfayət Mehdiyev küçəsi, məhəllə 566-da açılan mağazada italyansayağı modellər, polklassik və sport tərzdə geyimlər müştərilərə təqdim edilir. Məlumat üçünm qeyd edək ki, bu tipli mağaza Bakıda təkdir. Açılışda bildirlib ki, brend markalı geyimlər xaricdə istehsal edilir və keyfiyyətə tam zəmanət verilir. Mağazanın ünvanı belədir:  Akademik Şəfayət Mehdiyev küçəsi, məhəllə …

Read More »

Davosda Azərbaycanın dayanıqlı istehsala keçidlə bağlı hədəfləri müzakirə edilib

Azərbaycan “Indorama Ventures” şirkəti ilə ölkənin dayanıqlı istehsala keçid sahəsində hədəfləri ilə bağlı müzakirələr aparıb. Boyukmillet.com xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. Nazir deyib ki, Davos İqtisadi Forumu çərçivəsində “Indorama Ventures” şirkətinin sədri Şri Prakaş Lohia ilə görüşdə müzakirələr aparılıb: “Tərəflər ekoloji təmiz texnologiyaların tətbiqinin qlobal əhəmiyyəti, şirkət tərəfindən təqdim edilən səmərəli mexanizmlər və …

Read More »

Azərbaycan Harvard Kennedi Məktəbi ilə əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycan Harvard Kennedi Məktəbi ilə potensial əməkdaşlıq istiqamətləri barədə müzakirələr aparıb. Boyukmillet.com xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. Nazir qeyd edib ki, Davos İqtisadi Forumu çərçivəsində Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov ilə birlikdə Harvard Kennedi Məktəbinin “Growth Lab” laboratoriyasının direktoru Rikardo Hausmanla görüşüb: “Strateji araşdırma və rəqəmsallaşma sahəsində qlobal trendlər, ölkəmizin iqtisadi diversifikasiya …

Read More »

Dövlət Xidmətinin tərtib etdiyi inzibati xətaya dair protokolların sayı 6 dəfə artıb

2023-cü ildə daxil olmuș vətəndaş müraciətlərinin araşdırılması zamanı təqdim olunmuș sübutlara əsasən 38 hüquqi və 15 fiziki şəxs barəsində ümumilikdə 83 inzibati xəta haqqında protokol tərtib edilib. Boyukmillet.com xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli ötən ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, 2022-ci illə müqayisədə …

Read More »