Azərbaycan hökuməti İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda COP29-un ev sahibi kimi səylərini diqqətə çatdırıb. Boyukmillet.com xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. “Davos İqtisadi Forumu (World Economic Forum) çərçivəsində keçirilən “Dünya iqtisadi liderlərinin qeyri-rəsmi toplantısı: 2030-cu ilə doğru” sessiyasında COP29-un ev sahibi kimi Azərbaycanın səylərini diqqətə çatdırdıq, enerjidən səmərəli istifadə və iqlim …
Read More »“SIGMA MAN” brend kişi geyimləri mağazasının açılışı oldu
Bakıda “SIGMA MAN” brend kişi geyimləri mağazasının açılışı olub. Boyukmillet.com xəbər verir ki, Akademik Şəfayət Mehdiyev küçəsi, məhəllə 566-da açılan mağazada italyansayağı modellər, polklassik və sport tərzdə geyimlər müştərilərə təqdim edilir. Məlumat üçünm qeyd edək ki, bu tipli mağaza Bakıda təkdir. Açılışda bildirlib ki, brend markalı geyimlər xaricdə istehsal edilir və keyfiyyətə tam zəmanət verilir. Mağazanın ünvanı belədir: Akademik Şəfayət Mehdiyev küçəsi, məhəllə …
Read More »Davosda Azərbaycanın dayanıqlı istehsala keçidlə bağlı hədəfləri müzakirə edilib
Azərbaycan “Indorama Ventures” şirkəti ilə ölkənin dayanıqlı istehsala keçid sahəsində hədəfləri ilə bağlı müzakirələr aparıb. Boyukmillet.com xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. Nazir deyib ki, Davos İqtisadi Forumu çərçivəsində “Indorama Ventures” şirkətinin sədri Şri Prakaş Lohia ilə görüşdə müzakirələr aparılıb: “Tərəflər ekoloji təmiz texnologiyaların tətbiqinin qlobal əhəmiyyəti, şirkət tərəfindən təqdim edilən səmərəli mexanizmlər və …
Read More »Azərbaycan Harvard Kennedi Məktəbi ilə əməkdaşlıq imkanlarını müzakirə edib
Azərbaycan Harvard Kennedi Məktəbi ilə potensial əməkdaşlıq istiqamətləri barədə müzakirələr aparıb. Boyukmillet.com xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. Nazir qeyd edib ki, Davos İqtisadi Forumu çərçivəsində Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov ilə birlikdə Harvard Kennedi Məktəbinin “Growth Lab” laboratoriyasının direktoru Rikardo Hausmanla görüşüb: “Strateji araşdırma və rəqəmsallaşma sahəsində qlobal trendlər, ölkəmizin iqtisadi diversifikasiya …
Read More »Dövlət Xidmətinin tərtib etdiyi inzibati xətaya dair protokolların sayı 6 dəfə artıb
2023-cü ildə daxil olmuș vətəndaş müraciətlərinin araşdırılması zamanı təqdim olunmuș sübutlara əsasən 38 hüquqi və 15 fiziki şəxs barəsində ümumilikdə 83 inzibati xəta haqqında protokol tərtib edilib. Boyukmillet.com xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli ötən ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, 2022-ci illə müqayisədə …
Read More »Sahibkarlığın İnkişafı Fondu ötən il 194 milyon manat güzəştli kredit verib
2023-cü ildə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) ümumi dəyəri 459,9 milyon manat olan 3 276 investisiya layihəsinin maliyyələşdirilməsinə 193,8 milyon manat güzəştli kredit verib. Boyukmillet.com xəbər verir ki, bunu Fondun İdarə Heyətinin sədri Osman Xaliyev keçirdiyi mətbuat konfransında bildirib. O qeyd edib ki, bu kreditlər 3 000-dən çox yeni iş yerinin açılmasına imkan yaradıb. “Kreditlərin 46,4 %-i kənd təsərrüfatı məhsullarının istehsalına, 43 %-i sənaye məhsullarının istehsalına, 5,5 %-i xidmət sektoruna, 4,5 %-i turizm sektoruna …
Read More »İqtisadiyyat Nazirliyi Qarabağda mikro biznes qurmaq istəyənlərə müraciət edib
Mikro sahibkarlıq subyektlərinə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində əməkdaşlıq təklif edilir. Boyukmillet.com xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb. Bildirilib ki, antiterror əməliyyatı nəticəsində işğaldan azad olunmuş ərazilərdə yaşayan sakinlərin, burada təmsil olunan dövlət qurumları, podratçı təşkilatlar və onların işçi heyətinin bir sıra xidmətlərlə təmin olunmasına zərurət yaranıb. Bununla əlaqədar, bu ərazilərdə ticarət, ictimai iaşə, məişət xidməti və digər …
Read More »Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyasının iclasının vaxtı açıqlanıb
Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası bu il fevralın 22-də keçiriləcək. Boyukmillet.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, iclas Ankarada baş tutacaq. Xatırladaq ki, Komissiyanın həmsədrləri Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz və Azərbaycanın Baş naziri Əli Əsədovdur.
Read More »Ötən il Türkiyədən Azərbaycana məhsul ixracı 8 %-dən çox artıb
Ötən il Türkiyədən Azərbaycana 2 milyard 407 milyon 984 min ABŞ dolları dəyərində məhsul ixrac olunub. Boyukmillet.com Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2022-ci ilə nisbətən 8,5 % çoxdur. Belə ki, 2022-ci ildə Türkiyədən ölkəmizə 2 milyard 218 milyon 550 min ABŞ dolları dəyərində məhsul gətirilib. Həmçinin 2023-cü ilin dekabr ayında Azərbaycan qardaş ölkədən 357 milyon 728 min ABŞ dolları dəyərində məhsul idxal edib ki, bu da …
Read More »İşğaldan azad edilmiş ərazilərdə sahibkarların kommunal xidmətləri subsidiyalaşdırılacaq
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində sahibkarların kommunal xidmətlərinin subsidiyalaşdırılmasına 2 milyon manat ayrılacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin “Vətəndaşın büdcə bələdçisi”ndə bildirilib. Bu vəsait, işğaldan azad edilmiş ərazilər üzrə vergi uçotuna alınan və həmin ərazilərdə fəaliyyət göstərən sahibkarların kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə ödəyəcəkləri vəsaitin 20 %-nin 10 il müddətində dövlət büdcəsi vəsaiti …
Read More »